Bakıda binanın parkinqində yanğın 2 maşın alovlanıb
Bakupost saytına istinadən Icma.az xəbər verir.
Bakı şəhərində çoxmərtəbəli binanın parkinqində yanğın hadisəsi baş verib.
Bakupost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında məlumat verilib.
Belə ki, Bakının Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının avtomobil dayanacağında “Land Rover” markalı minik avtomobilinin salonu, yük hissəsi, “Opel” markalı minik avtomobilinin salonu, mühərrik hissəsi və kommunikasiya xətləri yanıb.
Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.
Baxış sayı:106
Bu xəbər 07 Noyabr 2025 10:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















