Icma.az
close
up
RU
Bakıda bir sıra mühüm sənədlər İMZALANDI

Bakıda bir sıra mühüm sənədlər İMZALANDI

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukraynanın səhiyyə naziri Viktor Lyaşkonun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri çərçivəsində Səhiyyə Nazirliyində görüş keçirilib. Görüşdə, həmçinin Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuri Husyev və Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə də iştirak ediblər.

Bakıvaxtı.az xəbər verir ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında ikitərəfli əlaqələrin bir çox sahələrdə uğurla davam etdiyini diqqətə çatdırıb. Nazir müstəqilliyin bərpasından sonra Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərinin formalaşdığını və ikitərəfli əsasda səmərəli əlaqələrin qurulduğunu qeyd edib.

Prezident İlham Əliyevin milli səhiyyənin inkişafına böyük diqqət və önəm verdiyini vurğulayan nazir, bu sahənin modernləşdirilməsi, rəqəmsallaşdırılması, insan kapitalının inkişaf etdirilməsi, səhiyyə iqtisadiyyatının gücləndirilməsinin Azərbaycan üçün prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırıb.

Viktor Lyaşkonun rəhbərliyi etdiyi geniştərkibli nümayəndə heyətinin ölkəmizə səfərinin mahiyyətini vurğulayan Teymur Musayev deyib: “Səfər Azərbaycan ilə Ukrayna arasında səhiyyə sahəsində strateji tərəfdaşlığın möhkəmləndirilməsinə, farmasevtika, onkologiya, pediatriya, kardiologiya və tibbi təhsil sahələrində birbaşa praktiki əməkdaşlığın inkişafına güclü təkan verəcək. Eyni zamanda, iki ölkənin səhiyyə nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsinə yeni imkanlar yaradacaq”.

Öz növbəsində Ukraynanın səhiyyə naziri ölkəsinə göstərdiyi humanitar yardımlara görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. Dövlətlərarası əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Viktor Lyaşko ölkələrimizin tarixi və ənənəvi dostluq münasibətlərinin mövcudluğunu diqqətə çatdırıb: “Heydər Əliyev Fondunun və Azərbaycan Səhiyyə Nazirliyinin dəstəyi ilə nazirliyin Sanatoriya-Kurort Bərpa Mərkəzində valideyn himayəsindən məhrum olan 7-17 yaşlı ukraynalı uşaqlar üçün reabilitasiya kursunun təşkili bunun əyani təsdiqidir”.

Daha sonra iki ölkənin səhiyyə nazirlikləri arasında səhiyyə və tibb elmi sahəsində yenilənmiş Əməkdaşlıq haqqında Saziş imzalanıb.
Sənədi Azərbaycanın səhiyyə naziri Teymur Musayev və Ukraynanın səhiyyə naziri Viktor Lyaşko imzalayıblar.

Əməkdaşlıq haqqında Sazişin mahiyyətini vurğulayan Teymur Musayev və Viktor Lyaşko qeyd ediblər ki, sənədin əsas məqsədi hər iki ölkənin səhiyyə sistemlərinin gücləndirilməsi və institusional çərçivənin genişləndirilməsi, əhalinin sağlamlığının inkişafına töhfə verilməsi, habelə əməkdaşlıq proqramlarının həyata keçirilməsidir. Eyni zamanda, sənəd xalq təbabətinin, farmasevtika sənayesinin, həmçinin tibbi təhsilin inkişafı sahələrində strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün hüquqi çərçivə yaradır.
Səfər çərçivəsində Azərbaycanın Milli Onkologiya Mərkəzi ilə Ukrayna Milli Xərçəng İnstitutu, Azərbaycanın K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə Ukraynanın "Oxmatdıt" Uşaq Xəstəxanası, eləcə də kardioloji mərkəzlər arasında Əməkdaşlıq Memorandumları imzalanıb.

Həmçinin, Azərbaycan Tibb Universiteti ilə Xarkov Milli Tibb Universiteti arasında tələbə və mütəxəssis mübadiləsi, birgə elmi tədqiqatların həyata keçirilməsi də daxil olmaqla yeni Əməkdaşlıq Memorandumu imzlanıb.
İmzalanan sənədlər iki ölkə arasında səhiyyə sahəsində uzunmüddətli və səmərəli strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 01 Noyabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri