Bakıda bir universitetin yeni korpusu tikilir Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Azərbaycan Memarlıq və İnşaat Universiteti üçün yeni korpus binası tikiləcək.
BAKU.WS modern.az-a istinadən xəbər verir ki, bina Bakı şəhəri, Yasamal rayonu, A.Sultanova küçəsi, 11 ünvanında yerləşəcək.
Məlumata görə, universitet tərəfindən inşası nəzərdə tutulmuş tədris korpusu binası və qazanxana binasının tikinti layihəsi artıq təqdim edilib və tezliklə binanın tikintisi barədə rəy veriləcək.
Qeyd edək ki, hazırda universitet kampusu 5.56 ha sahəni əhatə edir və müasir infrastruktura malik 4 tədris binası, elmi-tədqiqat və tədris laboratoriyaları, elektron və əyani kitabxana, yeməkxanalar, muzey-sərgi salonları, idman kompleksini özündə cəmləşdirir.

Bakıda bir universitetin yeni korpusu TİKİLİR
22 Noyabr 2024 15:33

