Icma.az
close
up
RU
Bakıda “Birgə Rənglənən Tarix” adlı sərgi açıldı FOTOLAR

Bakıda “Birgə Rənglənən Tarix” adlı sərgi açıldı FOTOLAR

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

23 sentyabr 2026-cı il tarixində D’Art Gallery-də türk dünyasının ortaq mədəni irsinə həsr olunmuş "Birgə Rənglənən Tarix” adlı rəssamların qrup sərgisinin açılış mərasimi keçirilib.

Sərgi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, "Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı və "ArtCoLab” Yaradıcılıq Mərkəzinin təşkilati dəstəyi ilə ərsəyə gəlib.

Hazırlıqları bir ildən çox davam edən sərgidə 15 rəssamın 26 əsəri təqdim olunub. Kətan üzərində yağlı boya ilə işlənmiş əsərlər xüsusi çərçivələrdə, nəfis tərtibatla nümayiş etdirilib. Əsərlərdə türk dünyasını birləşdirən ortaq tarix, mədəniyyət və dəyərlər müxtəlif yaradıcı yanaşmalarla əks etdirilib. Layihənin əsas məqsədi türk dünyasının ortaq mədəni irsinin təsviri sənət vasitəsilə tanıdılması, rəssamların yaradıcılığının geniş auditoriyaya təqdim edilməsi və mədəni əlaqələrin möhkəmləndirilməsidir.

Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. "Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyinin sədri Fidan Ağayeva salamlama nitqi ilə çıxış edib.

Layihə rəhbəri, "Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyinin sədr müavini və "ArtCoLab” Yaradıcılıq Mərkəzinin rəhbəri Çinarə Allahyarlı, həmçinin sərginin bədii rəhbəri, "ArtCoLab” Yaradıcılıq Mərkəzinin müəllimi Ülkər Məmmədli sərgiyə hazırlıq və yaradıcılıq prosesi barədə məlumat veriblər.

Mərasimdə Milli Məclisin deputatları Ceyhun Məmmədov və İlham Məmmədov, Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri Fəxri Hacıyev, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Təsviri sənət və sənətşünaslıq” fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərminə Rzayeva, eləcə də "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı çıxış ediblər.

Təltifetmə mərasimində rəssamlara iştirak sertifikatları ilə yanaşı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın və Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyevanın imzaladıqları sertifikatlar təqdim olunub. Sərginin ərsəyə gəlməsində əməyi olan şəxslər təşəkkürnamələrlə təltif ediliblər.

Sərgi sentyabrın 25-dək D’Art Gallery-də ziyarətçilər üçün açıqdır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 24 Sentyabr 2026 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see304

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see292

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see279

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see267

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see265

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see264

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see243

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see239

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see238

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see237

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see232

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see228

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see225

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see224

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see221

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see215

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see213

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see213

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see201

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri