Icma.az
close
up
RU
Bakıda Boeing təyyarəsi idarə edə bilərsiniz FOTOLAR

Bakıda Boeing təyyarəsi idarə edə bilərsiniz FOTOLAR

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Hava Yolları QSC (AZAL) "Boeing 787 Dreamliner" təyyarəsinin tam funksional simulyatorunu nümayiş etdirir.

Modern.az xəbər ki, "Boeing" şirkəti ilə birgə həyata keçirilən layihə çərçivəsində müasir "Boeing 787 Dreamliner" təyyarəsinin tam funksional simulyatorunu sınaqdan keçirmək mümkündür.

Simulyator "JW Marriott Absheron Baku" hotelinin birinci mərtəbəsində quraşdırılıb və bütün ziyarətçilər istidə edə bilər.

"Boeing 787 Dreamliner" uçuş simulyatoru pilot kabinəsinin bütün elementlərini yüksək dəqiqliklə əks etdirir.

Qeyd edək ki, “Boeing” şirkəti “787 Dreamliner” modelini ən uğurlu geniş gövdəli təyyarələrdən biri kimi təqdim edir. 14 ildən az bir zamanda bu təyyarələr 1,1 milyarddan çox sərnişin daşıyıb ki, bu da aviasiya tarixində digər bütün geniş gövdəli təyyarələrlə müqayisədə ən yüksək göstəricidir.

Təyyarənin konstruksiyası və müasir texnologiyaları yanacaq sərfiyyatını əvvəlki nəsil analoji modellərlə müqayisədə 25%-dək azaldır, həmçinin dünyanın müxtəlif istiqamətlərində 435 yeni birbaşa marşrutun açılmasına şərait yaradıb. Geniş salonu, iri gövdəli təyyarələr arasında ən böyük pəncərələri və rahat şəraiti ilə sərnişinlər uçuş zamanı özlərini komfortlu hiss edir və təyinat məntəqəsinə rahat çatırlar.

Hazırda AZAL-ın parkında iki “Boeing 787 Dreamliner” təyyarəsi fəaliyyət göstərir. Uzunmüddətli modernləşdirmə strategiyasına uyğun olaraq yaxın illərdə bu tipdən bir neçə yeni təyyarənin də donanmaya qoşulması planlaşdırılır.

Bakıda təqdim olunan “Boeing 787 Dreamliner” uçuş simulyatoru pilot kabinəsinin bütün elementlərini yüksək dəqiqliklə əks etdirir. Genişformatlı naviqasiya ekranları, şturval, idarəetmə qolları, pedallar və orijinal oturacaqlarla təchiz edilmiş simulyator real uçuş şəraitini maksimum dərəcədə imitasiya edir.

Proqram təminatı təyyarənin bütün uçuş sistemlərini tam şəkildə canlandırır və qonaqlara uçuşun bütün mərhələlərini — havaya qalxma, uçuş rejimi və enişi — sınaqdan keçirməyə imkan verir. Bu, həmçinin “Dreamliner”in innovativ texnologiyaları və yanacaq səmərəliliyi ilə yaxından tanış olmaq üçün unikal təcrübə yaradır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Sentyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri