Icma.az
close
up
RU
Bakıda böyük transformasiya prosesi gedir, şəhərin 2040 cı ilə qədər daha dayanıqlı olması hədəflənir

Bakıda böyük transformasiya prosesi gedir, şəhərin 2040 cı ilə qədər daha dayanıqlı olması hədəflənir

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

IDEA milyonlarla ağacın əkilməsi, uşaqların maarifləndirilməsi, seminarların təşkili, su israfı və hava çirkliliyi ilə bağlı məlumatlandırma, sənədli filmlərin və sərgilərin hazırlanması kimi çoxsaylı layihələr həyata keçirib.
Demokrat.az xəbər verir ki, bu, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın WUF13 çərçivəsində “Yeni Şəhərsalma Gündəliyinə Həyat Vermək: Hava Keyfiyyətinin və Yaşıl İnfrastrukturun Dayanıqlı Şəhərlərə inteqrasiya edilməsi” adlı konfransın iştirakçılarına mesajında qeyd olunub.
“Biz şəhər mühitini yaxşılaşdırmaq, şəhərləri insanlar və təbiət üçün daha yaxşı məkana çevirmək istiqamətində çalışırıq. IDEA məkanları daha yaşıl və hər yaşdan insanlar üçün əlçatan ictimai məkanlara çevirir. Bu da insanları daha çox açıq havada vaxt keçirməyə və daha təmiz hava almağa təşviq edir. Daha dayanıqlı ətraf mühitin yaradılması üçün yaşayış ərazilərində yaşıl sədlər quraşdırılır”, - mesajda bildirilib.
Vurğulanıb ki, IDEA velosiped istifadəsini təşviq etməklə dayanıqlı nəqliyyatı fəal şəkildə dəstəkləyir.
“Biz həmçinin plastik tullantıların toplanaraq təkrar emala yönləndirilməsi üçün sahilyanı təmizlik kampaniyaları təşkil edirik. Bu günə qədər 120 tondan artıq tullantı toplanaraq utilizasiya olunub. Bütün bu fəaliyyətlərlə IDEA daha sağlam və yaşıl gələcək qurmağı, həmçinin gənc nəsildə ekoloji məsuliyyətin möhkəm təməlini formalaşdırmağı hədəfləyir”, - mesajda deyilir.
Diqqətə çatdırılıb ki, hava çirkliliyi dünyada ölümə səbəb olan ikinci ən böyük risk faktorudur: “Bu problem ürək, tənəffüs sistemi xəstəliklərinə və bir çox digər sağlamlıq problemlərinə səbəb olur. Hər il 5 yaşdan aşağı təxminən 700 min uşaq hava çirkliliyi səbəbindən həyatını itirir. Təmiz hava olmadan sağlam şəhər mümkün deyil. Bu, xüsusilə uşaqlar arasında şəhər icmalarının məhsuldarlığı üçün də böyük əhəmiyyət daşıyır.
Azərbaycan bu çağırışı anlayır və havanın keyfiyyətini şəhərsalma siyasətinin əsas hissəsinə çevirmək üçün addımlar atır. Hazırda Bakıda böyük transformasiya prosesi gedir. Şəhərin 2040-cı ilə qədər daha dayanıqlı olması hədəflənir. Bu məqsədə daha yaxşı ictimai nəqliyyat, yaşıl məkanlar və təmiz enerji vasitəsilə nail olunması planlaşdırılır. Bütün bu təşəbbüslər müasir və dayanıqlı şəhər mühitinin formalaşmasına xidmət edir”.
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 May 2026 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see340

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see307

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see306

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see302

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see276

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see272

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see263

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see255

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see253

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see251

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see244

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see233

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see230

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see229

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see224

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see222

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see218

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see213

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see211

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri