Bakıda bu avtobusda sərnişinlərin üzərinə su damır Video
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı şəhərində 3 nömrəli marşrut avtobusunda sərnişinlərin üzərinə yuxarıdan su damıb.
Bu barədə Axar.az-a daxil olan şikayətdə bildirilib.
Məsələ ilə bağlı Bakı Bus MMC-nin mətbuat katibi Əsmər Əliyeva saytımıza açıqlamasında bildirib ki, Bakı Bus MMC-nin istismarında olan 3 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birinin soyutma sisteminin drenaj xəttində texniki nasazlıq yaranıb.
“Sürücü nasazlıq barədə məlumat aldıqdan dərhal sonra reysi tamamlayaraq sərnişinləri son dayanacağa çatdırıb və nəqliyyat vasitəsini texniki baxış və təmir üçün depoya təhvil verib.
Nasazlığın aradan qaldırılması istiqamətində müvafiq işlər görülüb. Sərnişindaşıma xidmətində fasilənin yaranmaması üçün nasaz avtobus operativ şəkildə digər nəqliyyat vasitəsi ilə əvəz olunub”, - açıqlamada qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 18 Sentyabr 2026 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















