Icma.az
close
up
RU
Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı

Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

- +

Paytaxt sakinləri – Adil Xəlil oğlu Nəsirov, Mehriban Əli qızı Nəsirova və Əfqan Atdıxan oğlu Qasımov Yapı Kredi Bank Azərbaycandan şikayətçidir.

 Tribunainfo.az Teleqraf.com-a istinadla xəbər verir ki, şikayətçilər bir müddət əvvəl daşınmaz əmlaklarını sözügedən banka girov qoymaq yolu ilə kredit götürüblər. Amma sonradan kreditin ödənilməsi gecikdiyi üçün bank müştərilərin xəbəri olmadan həmin əmlakları hərraca çıxarıb və girovda olan əmlaklar hərrac yolu ilə satılıb. Əldə olunmuş vəsait bankın hesabına köçürülüb.

Sonradan iddiaçılar banka olan borclarının böyük hissəni ödəyiblər və əmlaklarını geri tələb ediblər. Bank isə əmlaklar satıldığı üçün onların qaytarılmasını qeyri-mümkün hesab edib.

Şikayətçilər iddia ediblər ki, bank onların xəbəri olmadan qanunsuz olaraq əmlakları satıb. Uzun müddət bankla iddiaçılar arasında mübahisə gedib. Lakin ortalıqda əmlak olmadığı üçün tədbir görmək mümkün olmayıb.

Şikayətçilər mənzillərin geri qaytarılması üçün Nəsimi Rayon Məhkəməsinə müraciət ediblər. Məhkəmədə məlum olub ki, əmlaklar üçüncü şəxsə satıldığı üçün tədbir görülməsi mümkünsüzdür. Beləliklə, iddiaçıların şikayəti baxılmamış saxlanılıb.

Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov bildirib ki, qanuna görə belə hallarda bank vətəndaşa bildiriş göndərməlidir:

“Vətəndaşın xəbəri olmadan satışın həyata keçirilməsi yeni qanunvericiliklə mümkün olan hal deyil. Əgər bu baş veribsə, bu, artıq ciddi qanun pozuntusudur. Müvafiq olaraq qanun pozuntusu halında vətəndaş məhkəməyə müraciət edib öz hüquqlarını tələb etməlidir. Bu kimi hallarda qanun pozuntusunu həyata keçirən tərəf bankdır. Bank dəymiş zərərin ödənilməsi ilə bağlı cəzalandırılmalıdır. Düşünürəm ki, proses bu istiqamətdə getməlidir. Bunun iqtisadi, hüquqi əsasları da bu yöndədir”.

Hüquqşünas Sahib Məmmədov da deyib ki, vətəndaşın xəbəri olmadan girov qoyulan əmlak satışa çıxarıla bilməz:

“Böyük ehtimalla vətəndaşa dəfələrlə xəbərdarlıq edildikdən sonra əmlak satışa çıxarılıb. Əgər vətəndaş iddia edirsə ki, onun bu prosesdən xəbəri olmayıb, bu zaman o, məhkəməyə müraciət etməlidir. Lakin bunda da qazanma şansı azdır. Çünki banklar formal olaraq öz işlərini görür, xəbərdarlıqlarını edirlər. Şəxs hesab edirsə ki, müvafiq prosedurlar pozulub, xəbərdarlıq olunmadan onun girov qoyduğu əmlak satışa çıxarılıb, satılıb və satılandan sonra qalan pul ona qaytarılmayıb, bu halda məhkəmə çəkişməsi başlaya bilər. Ziyan çəkmiş vətəndaşın vəkillə məsləhətləşdikdən sonra məhkəməyə müraciət etməsi daha doğru olar”.

Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycan Mərkəzi Bankının (AMB) müştərilərin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksində adı çəkilən üç bankdan biridir.

Xatırladaq ki, Yapı Kredi Bank Azərbaycan QSC 11 yanvar 2000-ci il tarixində Koçbank Azərbaycan LTD adı ilə Azərbaycan Respublikası Milli Bankından 243 saylı bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya almışdır. 2005-ci ilin sentyabr ayında Türkiyədəki “Yapı Kredi Bankası” A.Ş.-də, həmçinin Koç Maliyyə Xidmətləri ailəsinə daxil olmuşdur. Koçbank Azərbaycan LTD 2007-ci ilin əvvəlindən etibarən fəaliyyətini Yapı Kredi Bank Azərbaycan QSC adı ilə davam etdirir. Yapı Kredi Bank Azərbaycan QSC Yapı və Kredi Bankası A.Ş (Türkiyə) banklarının törəmə bankıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 27 Noyabr 2024 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri