Icma.az
close
up
RU
Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı

Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı

Icma.az, News24 saytına istinadən bildirir.

Paytaxt sakinləri – Adil Xəlil oğlu Nəsirov, Mehriban Əli qızı Nəsirova və Əfqan Atdıxan oğlu Qasımov Yapı Kredi Bank Azərbaycandan şikayətçidir.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, şikayətçilər bir müddət əvvəl daşınmaz əmlaklarını sözügedən banka girov qoymaq yolu ilə kredit götürüblər. Amma sonradan kreditin ödənilməsi gecikdiyi üçün bank müştərilərin xəbəri olmadan həmin əmlakları hərraca çıxarıb və girovda olan əmlaklar hərrac yolu ilə satılıb. Əldə olunmuş vəsait bankın hesabına köçürülüb.

Sonradan iddiaçılar banka olan borclarının böyük hissəni ödəyiblər və əmlaklarını geri tələb ediblər. Bank isə əmlaklar satıldığı üçün onların qaytarılmasını qeyri-mümkün hesab edib.

Şikayətçilər iddia ediblər ki, bank onların xəbəri olmadan qanunsuz olaraq əmlakları satıb. Uzun müddət bankla iddiaçılar arasında mübahisə gedib. Lakin ortalıqda əmlak olmadığı üçün tədbir görmək mümkün olmayıb.

Şikayətçilər mənzillərin geri qaytarılması üçün Nəsimi Rayon Məhkəməsinə müraciət ediblər. Məhkəmədə məlum olub ki, əmlaklar üçüncü şəxsə satıldığı üçün tədbir görülməsi mümkünsüzdür. Beləliklə, iddiaçıların şikayəti baxılmamış saxlanılıb.

Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov bildirib ki, qanuna görə belə hallarda bank vətəndaşa bildiriş göndərməlidir:

"Vətəndaşın xəbəri olmadan satışın həyata keçirilməsi yeni qanunvericiliklə mümkün olan hal deyil. Əgər belə baş veribsə, bu, artıq ciddi qanun pozuntusudur. Vətəndaş məhkəməyə müraciət edib öz hüquqlarını tələb etməlidir. Bankın dəymiş zərəri ödəməsi təmin edilməlidir”.

Hüquqşünas Sahib Məmmədov da deyib ki, qanunvericiliyə görə, vətəndaşın xəbəri olmadan girov qoyulan əmlak satışa çıxarıla bilməz:

“Əgər vətəndaş bu prosesdən xəbərsiz olduğunu deyirsə, o, məhkəməyə müraciət etməlidir. Lakin bunda da qazanma şansı azdır, çünki banklar formal olaraq öz işlərini görür”.

Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycan Mərkəzi Bankının (AMB) müştərilərin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksində adı çəkilən üç bankdan biridir.

Xatırladaq ki, Yapı Kredi Bank Azərbaycan QSC 11 yanvar 2000-ci il tarixində Koçbank Azərbaycan LTD adı ilə Azərbaycan Respublikası Milli Bankından 243 saylı bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya almışdır. 2005-ci ilin sentyabr ayında Türkiyədəki "Yapı Kredi Bankası" A.Ş.-də, həmçinin Koç Maliyyə Xidmətləri ailəsinə daxil olmuşdur. Koçbank Azərbaycan LTD 2007-ci ilin əvvəlindən etibarən fəaliyyətini Yapı Kredi Bank Azərbaycan QSC adı ilə davam etdirir. Yapı Kredi Bank Azərbaycan QSC Yapı və Kredi Bankası A.Ş (Türkiyə) banklarının törəmə bankıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://news24.az
archiveBu xəbər 27 Noyabr 2024 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri