Icma.az
close
up
RU
Bakıda bu binada sakinlər donur 32 min borc yığılıb

Bakıda bu binada sakinlər donur 32 min borc yığılıb

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 39 ünvanında yaşayan sakinlər Musavat.com-a şikayət ünvanlayıblar.

Onlar bildirirlər ki, binaya istiliyin verilişi dayandırılıb.

Sakin Sənan Gəncmalıyev saytımıza bildirib ki, bina 10 blokdan ibarətdir və orada 198 ailə yaşayır. Onun sözlərinə görə, “Azəristiliktəchizat” ASC 4 gündür ki, evlərə gələn istiliyi kəsib.

“Ola bilsin ki, 198 mənzilin 150-nin borcu var. Bəs bu yerdə qalanların nə günahı var, axı biz ödənişi etmişik. Bizim qonşumuz var, ona 400 manat borc gəlib. Təqaüdlə dolanan yaşlı adamdır, birdən-birə bu qədər borcu necə versin? Bütün ailə xəstələnmişik, qışın oğlan çağında istiliyi necə kəsmək olar? Görünür, qurum bu borcu 90-cı illərdən hesablayıb. Çünki bizim binaya son 5 ildir ki, istilik verilir. Hər kəsə 300-400-500 manat borc yazılıb. 4-5 ilə bu qədər borc necə yığılıb?”, - Sənan Gəncmalıyev deyib.

“Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı Musavat.com-a bildirib ki, qeyd edilən ünvanda 176 mənzil var və orada 6-8 mənzil daimi ödəniş edir:

“83 mənzil isə ümumiyyətlə, ödəniş etməyib, həmin binada borclu sakinlərin ümumi borcu təqribən 32 min manatdır. Belə olan halda əvvəlcədən xəbərdarlıq olunmaqla həmin binanın istilik təminatı dayandırılıb. Sakinlər hissəli ödəniş istəyərlərsə, qrafik tərtib olunar və ona borclu sakinlər imza ata bilərlər, onun əsasında ödəniş edə bilərlər. Biz bu güzəştə də gedə bilərik. Qazanxanaların işləməsi üçün xərclər çəkilir. Əgər bir binanın bu qədər borcu yığılırsa, xidməti necə göstərək? Hissəli də olsa ödəniş edilsin ki, biz də istiliyin verilməsini bərpa edə bilək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Yanvar 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see450

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see338

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see256

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see247

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see237

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see230

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see218

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see204

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see197

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see191

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see187

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see160

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see160

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri