Bakıda bu binalarda mənzillər bahalaşacaq VİDEO
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
Enerji pasportu olan binalarda mənzillər bahalaşacaq.
“Yeni Sabah” Xəzər TV-yə istinadən bildirir ki, Azərbaycanda yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi olacaq.
Məsələ artıq Milli Məclisin plenar iclasında müzakirə edilib və birinci oxunuşda qəbul olunub.
Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, yeni qanun vətəndaşlarda maraq yaratmaqla yanaşı, mənzil bazarına da ciddi təsir edəcək.
Onun fikrincə, enerji pasportu olan binalarda qiymətlərlə yanaşı, tələbat da yüksək olacaq.
Qayda və mexanizmlər Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək. Bildirilib ki, kvadratmetri 2500 manata satılan ev enerji pasportu olduqdan sonra 2700 manata təklif olunacaq.
Daha ətraflı videomaterialı təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 14 Oktyabr 2025 09:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















