Icma.az
close
up
RU
Bakıda bu ərazilərdəki evlər söküləcək

Bakıda bu ərazilərdəki evlər söküləcək

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

2040-cı ilə kimi paytaxtda mərkəzə yaxın ərazilərdə yerləşən fərdi evlər, 3, 4 və 5 mərtəbəli binalar söküləcək.

Milli.Az xəbər verir ki, bunu "İTV xəbər"ə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riyad Qasımov deyib.

Onun sözlərinə görə, həm tikintiyə, həm söküntüyə, həm də digər məsələlərə ciddi və xüsusi normalar tətbiq olunacaq:

"Bakı uzun illərdir monosentrik şəhərlərin bir mərkəzi kimi inkişaf edib. İdeyaya əsasən, 2040-cı ilə kimi Bakının bir sıra mərkəzləri olacaq və bu mərkəzlər bir-biri ilə yaşıl kolidorlar vasitəsilə əlaqələndiriləcək".

Söküntü aparılan ərazilərdə meşə tipli parkların salınması, yaşıllıq zolaqlarının artırılması nəzərdə tutulub.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə isə bildirib ki, söküləcək tikintilərin sakinləri üçün ətraf ərazilərdə göydələnlər ucaldılacaq.

"Həmin sakinlər istəsələr həmin göydələnlərdə məskunlaşacaq, istəməsələr, aldıqları kompensasiya ilə şəhərin başqa səmtində mənzil sahibi olacaqlar. Bu plan 2027-ci ildən daha sürətli şəkildə həyata keçiriləcək. Söküntü işlərinin daha çox şəhərin Alatava, Yasamal, Kubinka ərazilərində aparılması nəzərdə tutulur. Artıq Kubinkanın yarıdan çoxu demək olar, sökülüb. Bundan başqa, Keşlə ərazisi, Montin qəsəbəsində salınan kiçik gecəqondu evləri də bu siyahıya daxildir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:311
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 20 Noyabr 2024 06:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Prezident Şuşadan hansı mesajları verdi?

14 İyul 2026 12:44see354

“Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı BU MƏBLƏĞƏ

14 İyul 2026 02:46see270

Çempiondan ayrılan Elvin bu klubla müqavilə bağlayır

14 İyul 2026 02:17see242

“Eyni dildə danışan insanlar bəzən bir biri ilə vuruşurlar”

14 İyul 2026 00:23see235

Panik atak və infarktı necə ayırd etmək olar?

14 İyul 2026 00:01see232

Avtomobildən zibil atanları hansı cəza gözləyir?

14 İyul 2026 11:51see225

Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

14 İyul 2026 17:15see199

Günə baxırlar... Fotolar

14 İyul 2026 01:47see192

Seneqal millisinin əsas həkimi ginekoloq imiş

14 İyul 2026 01:27see189

İlham Əliyev: “Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır“

13 İyul 2026 21:13see176

III Çarlz dörd ildən sonra şahzadə Harri və ailəsi ilə GÖRÜŞDÜ

13 İyul 2026 21:39see172

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see171

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)

14 İyul 2026 20:45see170

“” və “”la bağlı gözlənilməz QƏRAR

13 İyul 2026 20:48see168

Zelenski: Ukraynaya 300 raket lazımdır

14 İyul 2026 05:14see164

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see163

Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür

14 İyul 2026 00:04see159

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see158

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see148

Azərbaycanda “Temu”ya qarşı İŞ QALDIRILDI KONKRET

14 İyul 2026 16:24see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri