Bakıda bu əraziyə istinad divarı çəkiləcək Video
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Bakının Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yenidən sürüşmə təhlükəsi yaranıb.
“Qafqazinfo”nun məlumatına görə, həmin ünvanda yaşayan sakinlər “Xəzər Xəbər”ə bildiriblər ki, eyni yerdə 1 ildə ikinci dəfə sürüşmə baş versə də, ərazini lentləməkdən başqa heç bir təhlükəsizlik tədbiri görülməyib.
Vətəndaşların sözlərinə görə, yaşadıqları binanın qarşısında sürüşmədən sonra təhlükəli vəziyyət hökm sürür. Onlar iddia ediblər ki, aidiyyəti qurum bir neçə dəfə əraziyə baxış keçirsə də, sürüşmənin qarşısının alınması üçün nə beton bloklar quraşdırılır, nə də istinad divarı hörülür.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva deyib ki, həmin əraziyə baxış keçirilib və lentlənib: “Cari ilin 11 aprel tarixində intensiv yağışlar nəticəsində qeyd olunan ərazidə uçqun hadisəsi baş verdikdən sonra ərazidə istinad divarının tikilməsinə qərar verilib, bu məqsədlə zəruri sənədləşdirmə işləri aparılaraq istinad divarının tikinti layihəsi hazırlanıb. Layihənin icrasına yaxın zamanlarda başlanılması nəzərdə tutulub”.
O da qeyd olunub ki, yaxınlıqda yaşayan vətəndaşlar torpaq uçqunu baş vermiş sahəyə yaxınlaşmamalı və bu sahədən avtomobil dayanacağı kimi istifadə etməməlidirlər.
Daha ətraflı süjetdə:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 10 Oktyabr 2026 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















