Icma.az
close
up
RU
Bakıda bu işlər ilə əlaqədar 1650 ədəd ağac köçürüləcək FOTO

Bakıda bu işlər ilə əlaqədar 1650 ədəd ağac köçürüləcək FOTO

Manset portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dövlət Ekoloji Ekspertiza Agentliyində “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli Sərəncamının icrasından irəli gələn məsələlərlə bağlı ictimai dinləmə keçirilib. Əlaqədar dövlət qurumları əməkdaşlarının, ekoloqlar, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əsas məqsəd yaxın 5 ildə sərəncam üzrə həyata keçiriləcək layihələrin icrası zamanı ətraf mühitə təsirlərin qiymətləndirilməsinə, ekoloji təhlükəsizlik və ekoloji normaların gözlənilməsinə, bütövlükdə ekoloji qanunvericiliyin tələblərinə diqqət çəkilməsi olub.

Manset.az xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib ki, bu gün ictimai dinləmədə Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlər planından irəli gələn layihələrin reallaşdırılması həyati əhəmiyyət kəsb edir: “Bakı şəhəri və Abşeron yarımadasında tıxacların qarşısının alınması insanların rahat hərəkət etməsi üçün nəzərdə tutulan tədbirlərdən ən vacibi yol infrastrukturunun bütün normalara cavab verməsi, mövcud yolların genişləndirilməsi, yeni yolların salınması, eyni zamanda, alternativ, modern üsulların tətbiqidir. Amma əsas məqsədimiz ondan ibarətdir ki, bu layihələrin icrası zamanı ətraf mühitin mühafizəsi normalarına maksimum diqqət yetirilsin. Ətraf mühitə dəyən ziyanın aradan qaldırılması və ya ziyanın minimum həddə çatdırılması üçün alternativ variantlar seçilsin. Həmçinin yolun çəkilişi zamanı mövcud olan torpaq qatının, yaşıllıqların və digər ətraf mühit komponentlərinin kompensasiyası layihədə öz əksini tapsın. Əgər bu gün 5-10 ağac layihə altına düşürsə, onlar aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşdirilmiş əraziyə əkilsin. Həmin ağaclara aqrotexniki xidmət göstərilsin, onların tələf olmasının qarşısı alınsın”, - deyə M.Qənbərov bildirib.

Tədbirdə yeni çəkiləcək Akademik Həsən Əliyev küçəsi-Müzəffər Nərimanov küçəsinə qədər olan avtomobil yolunun layihəsi də müzakirə olunub. Qeyd edilib ki, layihə üzrə birinci hissədə metronun "Ulduz" stansiyasından Keşlə bazarına kimi, ikinci hissədə ərazidəki təhsil akademiyası istiqamətində, daha sonra Keşlə bazarının qarşısındakı iaşə obyekti ərazisindən, sonda isə akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər  yolun çəkilməsidir. Bildirilib ki, sözügedən ərazidən ümumilikdə 1 650 ağacın, 491 ədəd kol və tingin köçürülməsi planlaşdırılır.

"Ulduz" stansiyasından Keşlə bazarına kimi 2 km ərazidən 586 ağac, akademiya ərazisindən 73 ağac, Keşlə bazarının qarşısındakı iaşə obyekti ərazisindən 170 ağac, akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər 730 m ərazidən isə 820 ağac köçürülməlidir.

M.Qənbərov söyləyib ki, Keşlə bazarı və akademiya ərazisindəki ağacların köçürülməsi ilə bağlı rəy artıq hazırdır:

"Ağacların köçürüləcəyi ərazilər müəyyənləşdirildikdən sonra rəy müvafiq rayon icra hakimiyyətinə göndəriləcək. Əgər yol çəkilməsindən danışırıqsa, ağaclar daşınmalı, ekoloji normalar, təmizlik nəzərə alınmalıdır. Bütün qurumlar bu istiqamətdə bir-biri ilə sıx əlaqədə işləməlidir”, - deyə qurum rəhbəri bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 07 Fevral 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri