Bakıda bu vakansiyalar təəccüb doğurdu: elə tələblər var ki... FOTO
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda sosial şəbəkə platformalarında yayılan vakansiya elanları mübahisə doğurub.
Globalinfo.az xəbər verir ki, müvafiq iş saytlarında məlumatın paylaşılmasını istəyən şəxslər özlərinə şəxsi katibə axtardıqlarını bildiriblər.
Belə ki, işə götürüləcək xanımın həm baxımlı, səliqəli, həm də subay, mehriban, ünsiyyətcil, neqativ enerji daşımayan, müasir olması tələb olunub. Bəziləri isə yeni model distant (uzaqdan işləyən) katibə axtarışında olduqlarını qeyd ediblər.
Vakansiyalarda 18-30 yaş aralığında, ciddi düşünən qadınların müraciət etməsi, paralel olaraq, onlardan foto göndərilməsi istənilib. Bu isə ictimaiyyətdə kəskin narazılığa səbəb olub. İstifadəçilərin əksəriyyəti belə elanların arxasında fərqli məqsədlərin dayandığını vurğulayıblar.
Qeyd edək ki, son 5 ildir Azərbaycanda “katibə” vakansiyalarının sayı artıb.
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 13 Oktyabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















