Bakıda Cantəpə adlanan ərazidə yolda bərbad vəziyyət (Video)
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Nə piyadalar həkət edə bilir, nə də nəqliyyat vasitələri...
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, yolun bərbad vəziyyətdə olması ərazi üzrə fəaliyyət göstərən marşrut avtobuslarının sürücülərini də çətin vəziyyətdə qoyur...
Bura paytaxtın Binəqədi rayonunun ''Cantəpə'' adlanan ərazisidir. Ağqoyunlu küçəsində yaşayanlar deyirlər ki, illərdir yolun yararsız olması onların hərəkətinə ciddi maneə yaradır.
Ən çox problemlə üzləşənlər isə həmin küçədə hərəkət edən 142 saylı avtobusun sürücüləridir. Sürücülər deyirlər ki, yolun təxminən 2 kilometrlik hissəsində asfalt örtüyü olmadığı üçün çalalar əmələ gəlib. Bu da xüsusilə ictimai nəqliyyatın hərəkətini çətinləşdirir.
Problem təkcə sürücülərin deyil, burada yaşayan sakinlərin də gündəlik həyatına təsir edir. Onların sözlərinə görə, yağışlı havalarda küçə palçığa çevrilir, quru günlərdə isə nəqliyyatın qaldırdığı toz ərazidə vəziyyəti daha da çətinləşdirir.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 25 Sentyabr 2026 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















