Bakıda çiyələk yeyən qadın dəhşətli vəziyyətə düşdü: Dərisi soyuldu VİDEO
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı sakini çiyələk yedikdən sonra bədənində səpkilər əmələ gəldiyini, daha sonra isə dərisinin soyulmağa başladığını bildirib.
Moderator.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, 27 yaşlı qadının bədənində yaranan səpkilər sonradan suluqlara çevrilərək üz nahiyəsinə qədər yayılıb.
Allergiyanın ağır formasına çevrilən yaralar pasiyentin vəziyyətini daha da ağırlaşdırıb.
Xəstəxanaya çatdırılan qadına ilkin olaraq toksik allergik dermatit diaqnozu qoyulub.
Həkim-efferentoloq Ağa İsmayılov bildirib ki, pasiyent klinikaya ağırlaşmış vəziyyətdə gətirilib.
Onun sözlərinə görə, hadisənin səbəbi meyvənin yetişdirilməsi zamanı istifadə olunan gübrələr və ya digər kimyəvi maddələr ola bilər. Bu səbəbdən meyvələr istehlak edilməzdən əvvəl mütləq yaxşı yuyulmalıdır. Həkim qeyd edib ki, saplağın giləmeyvədən ayrılması da vacibdir. Əks halda bu, orqanizmdə ciddi fəsadlara səbəb ola bilər.
27 yaşlı qadının yaxınları isə bildiriblər ki, onun vəziyyəti hazırda qənaətbəxşdir və müalicəsi ev şəraitində davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 12 İyun 2026 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















