Icma.az
close
up
RU
Bakıda COP29 çərçivəsində veloyürüş təşkil edilib

Bakıda COP29 çərçivəsində veloyürüş təşkil edilib

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Bakıdakı Türkiyə Təhsil Qurumları və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə COP29 çərçivəsində velosiped turu keçirilib.

Yürüşdən əvvəl Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

AVF-nin baş katibi Elnarə Musayeva ölkədə velosiped idman növünə dövlət səviyyəsində dəstəyin olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu qayğı nəticəsində bölgələrdə turlar təşkil edilir. Baş katib bildirib ki, velosiped sürmək insan həyatının sağlamlığı üçün çox önəmlidir.

Bakıdakı Türkiyə Təhsil Qurumlarının sədri Abdullah Yılmaz bu tədbirin COP29 çərçivəsində keçirilməsinin dünyaya bir mesaj olduğunu söyləyib. O, COP29 konfransına ev sahibliyinin Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi olduğunu deyib.

Bakı Veloparkında şagirdlər arasında təşkil edilən yürüş üç turdan ibarət olub. Məktəblilər velosiped sürməklə yanaşı, davamlı nəqliyyat və karbon emissiyalarının azaldılması kimi mövzularda maarifləndiriliblər. Velosipedin əsl nəqliyyat vasitəsi və nəqliyyatla bağlı karbon emissiyalarının azaldılması üçün ciddi həll yolu olduğu göstərilib.

Qeyd edək ki, ötən ay niderlandlı velosipedçi Colen Simone Şol COP29 çərçivəsində Azərbaycana səyahət etmişdi.(azərtac)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Noyabr 2024 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see305

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see285

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see280

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see273

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see266

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see259

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see259

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see256

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see255

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see247

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see224

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see218

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see217

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see217

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see217

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see217

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see215

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see210

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see205

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri