Icma.az
close
up
RU
Bakıda COP29 çərçivəsində Yaşıl Rəqəmsal Bəyannamə qəbul edildi

Bakıda COP29 çərçivəsində Yaşıl Rəqəmsal Bəyannamə qəbul edildi

Icma.az bildirir, Oxu.az portalına istinadən.

COP29 çərçivəsində tarixdə ilk dəfə olaraq 16 noyabrda BMT-nin İqlim Konfransında Rəqəmsallaşma Günü keçirilib. İqlim böhranı ilə mübarizədə rəqəmsal texnologiyaların əvəzolunmaz roluna dair müzakirələrə əlavə təkan verən bu günün məqsədi rəqəmsallaşma istiqamətində birgə fəaliyyəti təşviq etmək olub.

Oxu.Az xəbər verir ki, Rəqəmsallaşma Günü çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), COP29 Sədrliyi və Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masa təşkil olunub.

Dəyirmi masanın məqsədi rəqəmsallaşmanın çətinlikləri, imkanları və onun iqlim gündəmindəki rolu ilə bağlı müzakirələri gücləndirmək üçün fəal iştirak və liderliyin təşviqi, məlumatlılığın artırılması və öhdəlikləri təmin etmək üçün xüsusi platformanın yaradılması, həmçinin Yaşıl Rəqəmsal Fəaliyyət təşəbbüsünün qlobal iqlimlə bağlı fəaliyyətində davamlı sürət və hesabatlılığı təmin etmək idi.

Tədbiri giriş sözü ilə açan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev rəqəmsal texnologiyaların önəminə diqqət çəkib:

"Bu texnologiyalar xüsusilə iqlim monitorinqi, erkən xəbərdarlıq sistemləri və iqlim çağırışlarına davamlılığın yaradılması kimi sahələrdə BMT-nin "Davamlı inkişaf üzrə 2030 gündəliyi"nə nail olmaq istiqamətində mühüm hərəkətverici qüvvədir".

Dəyirmi masada Azərbaycanın da qlobal təcrübələrdən faydalanaraq öz yaşıl rəqəmsal transformasiya yolunu müəyyən etdiyi vurğulanıb.

Bu xüsusda Azərbaycanda peykəsaslı ətraf mühitin monitorinqindən tutmuş, resurslardan istifadəni və emissiyaları azaldan rəqəmsal hökumət platformalarına qədər iqlimə davamlılığı dəstəkləmək üçün rəqəmsallaşmanın tətbiq edildiyi nəzərə çatdırılıb.

Bildirilib ki, şəhər havasının çirklənməsini və emissiyaları azaltmaq üçün avtobus və taksi parkları elektrik və hibrid avtomobilləri ilə modernləşdirilib. Bundan əlavə, xüsusi infrastruktur yaratmaqla dayanıqlı mobillik və mikromobillik imkanları genişləndirilib.

Qeyd edilib ki, sözügedən tədbirlərin həyata keçirilməsində məqsəd davamlılığı təşviq etmək, ətraf mühitə təsirləri azaltmaq və inklüziv inkişafı təmin etmək üçün iqtisadiyyatın bütün sektorlarında davamlı rəqəmsal həllərin tətbiq edilməsidir.

COP28-də başlanmış Yaşıl Rəqəmsal Fəaliyyət təşəbbüsünün rəqəmsal inkişafın iqlim fəaliyyəti ilə uyğunlaşdırılması istiqamətində mühüm addım olduğu vurğulanıb.

"COP29 Sədrliyi və ev sahibi ölkəsi Azərbaycanın baxış və dəstəyi Rəqəmsallaşma Gününü mümkün etdi", - deyən BTİ Baş katibi Dorin Boqdan-Martin, həmçinin əlavə edib:

"Yaşıl Rəqəmsal Fəaliyyət üçün bu önəmli məqam bizi rəqəmsal texnologiyaların ətraf mühitə təsirini azalda biləcəyimizə və azaltmalı olduğumuza, iqlim böhranı ilə mübarizədə onların danılmaz potensialından istifadə edəcəyimizə dair ümumi inancla irəli aparmalıdır. Gəlin COP30-a qədər olan yaşıl rəqəmsal gücümüzü və onunla birlikdə gələcək nəsillər üçün daha davamlı rəqəmsal gələcəyimizi qurmağa davam edək".

Dəyirmi masa müzakirəsinə BTİ Baş katibinin müavini Tomas Lamanauskas tərəfindən moderatorluq edilib. Müzakirələrdə rəqəmsallaşmaya cavabdeh olan nazirlər, yüksəksəviyyəli rəsmilər, Yaşıl Rəqəmsal Fəaliyyət Tərəfdaşlarının yüksəksəviyyəli nümayəndələri və özəl sektor nümayəndələri iştirak ediblər.

Müzakirələr rəqəmsal innovasiyaların iqlim strategiyalarına inteqrasiyasına, rəqəmsal alətlərdən istifadə etməklə iqlim monitorinqinin təkmilləşdirilməsinə və uğurlu davamlılıq təşəbbüslərinin nümayişinə yönəldilib.

Bildirilib ki, məlumatların emalı, süni intellekt və rabitə vasitələrinə artan tələbat enerji istehlakı, materialdan istifadə və elektron tullantıların istehsalının artması ilə müşayiət olunur. Belə ki, İKT sektorunun qlobal emissiyaların 1,5%-dən 4%-ə qədərini təşkil edəcəyi təxmin edilir ki, bu da bizə rəqəmsal genişlənməyə yönəlmiş yaşıl və məsuliyyətli bir yanaşmaya olan təxirəsalınmaz ehtiyacı xatırladır.

Daha sonra maraqlı tərəflərin çıxışları dinlənilib. Çıxışlar rəqəmsal innovasiyaların iqlim strategiyalarına inteqrasiyası, rəqəmsal alətlərdən istifadə etməklə iqlim monitorinqinin və adaptasiyanın təkmilləşdirilməsi, rəqəmsallaşmanın ətraf mühitə təsirlərinin aradan qaldırılması, davamlı inkişaf sahəsində uğurlu təşəbbüslərin nümayiş etdirilməsi və rəqəmsal transformasiyanı qlobal iqlim məqsədlərinə uyğunlaşdırmaq üçün gələcək əməkdaşlıq imkanlarının yaradılması mövzularını əhatə edib.

Dəyirmi masanın sonunda dayanıqlı və yaşıl dünya naminə bütün maraqlı tərəflərin iştirakı ilə yekun sənəd - Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamə qəbul olunub. Bəyannamənin qəbulu ilə tərəflər ümumi səkkiz məqsədi təsdiq ediblər: iqlim fəaliyyəti üçün rəqəmsal texnologiyalar və alətlərdən istifadə, dayanıqlı rəqəmsal infrastrukturun qurulması, rəqəmsallaşmanın iqlimə təsirinin azaldılması, rəqəmsal inklüzivlik və savadlılığın təşviqi, məlumata əsaslanan qərar qəbulu, davamlı innovasiyaların təşviqi, davamlı istehlakçı təcrübələrinin təşviqi, ən yaxşı təcrübələrin paylaşılmasının asanlaşdırılması.

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannaməyə bu günədək 1000-ə yaxın rəqəmsal texnologiya cəmiyyətinin üzvü öz dəstəyini bəyan edib.

Bəyannamənin sürətli rəqəmsallaşmanın ətraf mühitə mənfi təsirlərini yumşaltmaqla yanaşı, iqlimlə bağlı fəaliyyətin və davamlılığın artırılması üzrə əməkdaşlıq üçün çərçivə rolunu oynayacağı vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Noyabr 2024 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri