Bakıda çoxmərtəbəli binadakı yanğın söndürüldü Xəsarət alanlar var
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən hündürmərtəbəli yaşayış binasının zirzəmisində elektrik sayğacları quraşdırılan hissədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 10kv.m. olan elektrik otağında 93 ədəd sayğac və ayırıcı, 2 ədəd elektrik tənzimləyicisi yanıb.
Yaşayış binası və mənzillər yanğından mühafizə olunub.
***
Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasının zirzəmisində yanğın baş verib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.
Hadisə zamanı iki nəfər yüngül xəsarət alıb. Təhlükəsizlik məqsədilə bina sakinləri təxliyə edilib.
Binanın liftində köməksiz vəziyyətdə qalan sakinlər isə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən xilas ediliblər.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 13 İyul 2026 09:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















