Bakıda çoxmərtəbəli binanın üzlük daşları qoparaq təhlükəli vəziyyət yaradır
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtın Nəsimi rayonu, Həzi Aslanov küçəsində yerləşən çoxmərtəbəli binanın üzlük daşları qopub tökülür.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, 2008-ci ildə ''Konsul'' MTK tərəfindən tikilərək sakinlərin istifadəsinə verilmiş 14 mərtəbəli binanın fasadında problemlər yaranıb.
Sözügedən binanın yaxınlığında yaşayan İlahə Məcidovanın iddiasına görə, bu hal bir neçə dəfə təkrar olunub ki, bu da ərazidən keçənlər üçün ciddi təhlükə yaradır.
Sakinlər bildiriblər ki, yaranmış təhlükəli vəziyyətlə bağlı tikinti şirkətinə də məlumat veriblər.
İlahə Məcidova onu da iddia edir ki, fasaddan qopan üzlük daşı bir avtomobilə zərər vurub.
Binanın komendantı Ağa Əhmədovun sözlərinə görə, belə hadisə bir dəfə 6-7 ay əvvəl olub, bina yoxlanılıb və belə halın təkrarlanması ehtimalı yoxdur. Həmçinin qopan üzlük daşların yerinə yenilərinin əlavə ediləcəyini də bildirib.
Ətraflı süjetdə:
Bakıda çoxmərtəbəli binanın üzlük daşları qoparaq təhlükəli vəziyyət yaradır
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 13 May 2025 02:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















