Bakıda çoxmərtəbəli yaşayış binasında ilanlar peyda olub Sakinlər qorxu içində
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Bakının Xətai rayonu, Yeni Günəşli qəsəbəsinin B massivində yerləşən çoxmərtəbəli yaşayış binasının həyətində ilanların görünməsi sakinlər arasında narahatlıq yaradıb.
Oxu.Az "Xəzər Xəbər"ə istinadla bildirir ki, sakinlərin sözlərinə görə, xüsusilə azyaşlılar üçün həyət artıq təhlükəli yerə çevrilib.
Onlar bildirirlər ki, bu, ilk hal deyil. Əvvəlki illərdə də həyətlərində ilan görsələr də, bu dəfə vəziyyətin daha ciddi olması onları təşvişə salıb. Onlar hər gün keçdikləri ərazidə təhlükə ilə üz-üzə olduqlarını bildirirlər.
Sakinlər təhlükənin tezliklə aradan qaldırılmasını tələb edirlər. Onlar ilanların hətta evlərə daxil ola biləcəyindən narahatdırlar.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bakıda çoxmərtəbəli yaşayış binasında ilanlar peyda olub - Sakinlər qorxu içində
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 26 May 2025 07:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















