Icma.az
close
up
RU
Bakıda cütlük nişan günü ayrıldı Film kimi məhkəmə

Bakıda cütlük nişan günü ayrıldı Film kimi məhkəmə

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı məhkəmələrinin birində film ssenarisini xatırladan cinayət işi araşdırılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, real hekayənin qəhrəmanları keçmiş nişanlılardır.

Onların instaqramda başlayıb nişan mərasimində dramatik sonluqla bitən münasibəti sonda cinayətə çevrilib. Münasibətlərin pozulma səbəbi isə yeni qohumların nişan mərasimi xərclərinin birlikdə ödənilməsinə razılaşmamaları olub.

Elnurla Səbinə (bütün adlar şərti) arasında aşağı büdcəli restoranların birində nişan mərasimi keçirilib. Məclisin sonunda məkan sahibi nişan tədbiri üçün ümumilikdə 1570 manat ödənilməli olduğu barədə cütlüyün valideynlərini məlumatlandırıb. Oğlanın anası hesabın yarı-yarıya ödənilməsini təklif etsə də, qızın anası razılaşmayıb. O israr edib ki, bütün xərci oğlan evi ödəməlidir.

Bu məsələ valideynlər arasında böyük mübahisə yaradıb. İş o yerə gəlib çıxıb ki, cütlük elə restoranda münasibətlərini pozub, nişan üzüklərini qaytarıblar. Qızın anası polisə şikayət edəndən sonra oğlan tərəf hesabı bağlayıb.

Həmin gecə nişan pozulsa da, Elnur qızın və anasının hərəkətlərini, ən əsası isə 1570 manatı tək ödəmələrini qarşı tərəfə bağışlamayıb. O, hadisədən iki gün sonra keçmiş nişanlısına zəng edərək restoran üçün verdiyi pulu geri qaytarmasa, onu şəkilləri ilə hədələyib. Belə olan halda qohum-əqraba arasında biabır olacağını düşünən qız keçmiş nişanlısının tələb etdiyi 1570 manatı ona verib.

Səbinənin anası çox keçməmiş bu məsələdən xəbər tutub, dərhal polisə müraciət edib. Araşdırma nəticəsində Elnur cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin sonuna kimi nəzarət şərti ilə azadlıqda qalmasına qərar verilib.

Məhkəmədə Səbinə baş verənləri danışıb və keçmiş nişanlısının onu şantaj edərək pul aldığını təsdiqləyib.

Elnur özü də ittihamı qəbul edib. İfadəsində işi bu yerə gətirib çıxaran anlaşmadan da danışıb: “Əslində nişan xərcləri qız tərəfdən qarşılanmalıdır. Amma Səbinənin ailəsinin maddi vəziyyəti yaxşı deyildi. Buna görə razılaşdıq ki, qız evinin qohumlarının nişan xərclərini qız tərəfi, oğlan evinin qohumlarının nişan xərclərini də oğlan tərəfi ödəsin. Amma nişan günü Səbinənin anası bu şərti pozdu. Bütün hesabı bizə ödətdirdi. 1570 manatdan əlavə, nişan üçün əlavə 2 min manat xərcləmişəm. Bütün bunlara baxmayaraq, etdiyim əməldən peşmanam. Səbinəni şantaj etməməli idim”.

Verilmiş ittiham şahid ifadələri və digər sübutlarla da təsdiqini tapıb. Hökmə əsasə,n Elnur hədə-qorxu ilə tələb etməkdə təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilib. Bu vaxta qədər azadlıqda olan müttəhim məhkəmə zalında həbs edilib.

Sail Ağasəlim

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Avqust 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri