Icma.az
close
up
RU
Bakıda daha bir bina sakinləri faciə astanasında

Bakıda daha bir bina sakinləri faciə astanasında

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi 18 ünvanında yaşayan sakinlərin böyük narazılıqları var.

Belə ki, onlar hazırda yaşadıqların binanın yarasız hala düşdüyünü bildirir və digər bir sıra problemləri də dilə gətirərək kömək istəyirlər.

Məsələ ilə bağlı bir sıra real addımlar atsalar da, hələlik razı qalacaqları bir hal yoxdur.

Bildirilir ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi 18 ünvanında yerləşən çoxmənzilli kooperativ bina 2009-cu ildə universitet əməkdaşları üçün inşa edilmişdir.

Hazırda binada 400-ə yaxın yaşayış sahəsi ilə yanaşı, qeyri-yaşayış sahələri də mövcuddur. Binanın dövlət qurumları tərəfindən qəbul edilməsindən, mülkiyyət hüquqlarının payçılara keçməsindən sonra sakinlər iddia edirlər ki, bina qanunsuz və şəffaf olmayan şəkildə idarə olunur. Sakinlərin sözlərinə görə, mövcud idarəetmə nə qanunvericiliyin tələblərinə cavab verir, nə də real problemlərin həlli ilə məşğuldur.

Gununsesi.info redaksiyaya daxil olan şikayət əsasında xəbər verir ki, problemlərdən biri də son aylarda yağan yağışlara görədir:

“Son aylarda intensiv yağıntılar binanın vəziyyətini daha da ağırlaşdırıb. Qaraj sahəsi faktiki olaraq istifadəyə yararsızdır, yağış suları birbaşa qaraja axır, avtomobillər üçün ciddi risk yaradır. Belə ki, qarajda elektrik kabelləri açıq şəkildə görsənir və axan sular məhz kabel xətləri ilə təmasdadırlar. Bu məsələ ilə bağlı bina sakinləri dəfələrlə həm idarəetməyə, həm də kütləvi informasiya vasitələrinə müraciət etsələr də, binanın idarəçiliyini həyata keçirən “Bakı Universiteti” MMC-nin direktoru Hikmət Cəfərov binada hər hansı ciddi problemin mövcudluğunu qəbul etmir. Halbuki sakinlərin təqdim etdiyi foto və videogörüntülər vəziyyətin tam əksini sübut edir. Sakinlərin bildirdiyinə görə, Hikmət Cəfərov iddia edir ki, binanın sahibi məhs odur. Sakinlər KİV-lərə müraciət etdikləri zaman H.Cəfərov jurnalistlərə hücüm etmiş və bununla bağlı videogörüntülər də internet platformasında yayılmışdır”, – deyə bildirilib.

Hətta bu hal ilə bağlı gülməli vəziyyətin də yaradığı qeyd edilib, o cümlədən FHN-nə müraciət də edilib. Bildirilir ki, şikayətlərin artmasından sonra isə problemin köklü həlli əvəzinə, MMC rəhbərliyi tərəfindən su axan yerlərə vedrələrin qoyulması qərara alınıb. Sakinlər bu yanaşmanı məsuliyyətsizlik və vəziyyətə ironik münasibət kimi qiymətləndirirlər. Sakinlərin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciətindən sonra 5 blokdan ibarət yaşayış kompleksinin 3 blokunda istifadəyə yararsız və təhlükəsizliyi təmin olunmayan 3 lift müəyyən edilərək istismarı məhdudlaşdırılmışdır. Lakin diqqət çəkən məqam ondan ibarətdir ki, FHN əməkdaşları binanı tərk etdikdən cəmi bir gün sonra həmin liftlərin istismarı yenidən bərpa olunmuşdur. Sakinlər bu qərarın təhlükəli olduğunu bildirdikdə, MMC direktoru Hikmət Cəfərov nasazlıqların aradan qaldırıldığını bəyan etmişdir. Buna baxmayaraq, bina sakinləri liftlərdə heç bir real təmir və ya texniki iş aparılmadığını iddia edir və bu vəziyyətin insanların həyatına birbaşa təhlükə yaratdığını bildirirlər.

Şikayətçilər bu istiqamətdə əlavə addımlar da atıblar. Belə ki, yaranmış vəziyyətdən narazı qalan sakinlər Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 141.2-ci maddəsinə əsasən Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin (MMMC) yaradılması istiqamətində addımlar atmaq niyyətlərini açıqlayıblar və bununla bağlı elanlar hazırlayıblar. Lakin sakinlərin sözlərinə görə, MMC rəhbərliyi bu elanların bina daxilində paylaşılmasına mane olur, fəal sakinlər barəsində isə əsassız şəkildə polisə və digər dövlət qurumlarına şikayətlər göndərilir. Bu addımlar sakinlər tərəfindən təzyiq və qorxu mühiti yaratmaq cəhdi kimi dəyərləndirilir.

Şikayətçi sakinlər məsələnin yağış tərəfinə daha çox diqqət çəkir, Hikmət Cəfərovdan narazılıqlarını isə bir daha dilə gətirirlər:

“Məsələnin ən narahatedici tərəfi isə yağış sularının birbaşa binanın bünövrəsinə axmasıdır. Mütəxəssislərin də qeyd etdiyi kimi, bu hal uzunmüddətli perspektivdə binanın dayanıqlığını zəiflədə, qarşısıalınmaz və həyati təhlükə yarada bilər. Buna baxmayaraq, sakinlər iddia edirlər ki, Hikmət Cəfərov bu təhlükə ilə bağlı indiyədək heç bir ciddi addım atmamış, problemin miqyasını isə görməzdən gəlməyə davam edir”.

Orxan

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Yanvar 2026 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri