Bakıda daha bir kafedə nöqsanlar AŞKARLANDI
News24 saytına istinadən Icma.az xəbər verir.
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, mənzil 20 ünvanında fiziki şəxs İbrahim Ağaisa oğlu Nəbiyevə məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ-hüquqi aktların tələblərinin pozulduğu məlum olub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən News24.az-a verilən məlumata görə, yoxlama zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb.
Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib.
Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 02 İyun 2025 18:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















