Bakıda daşınan yük yola dağıldı, hərəkət çətinləşdi VİDEO
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospekti, “Bağırov” körpüsü üzərindən geriyədönmədə yol-nəqliyyat hadisəsi baş verib. Hərəkət zamanı yük avtomobilinin üzərində olan yükün bir hissəsi yola aşıb.
"Unikal" xəbər verir ki, nəqliyyatın hərəkətində yaranan çətinliyiN qısa müddətdə həll edilməsi və yükün yoldan götürülməsi üçün yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yük avtomobillərinin sürücülərinə müraciət edərək bildirir ki, Qanuna əsasən, yükün düşməməsi, hərəkətə mane olmaması üçün sürücü hərəkətə başlamazdan əvvəl və hərəkət vaxtı yükün yerləşdirilməsinə, bağlanmasına və vəziyyətinə nəzarət etməlidir.
Yük daşınarkən adamlar təhlükəyə məruz qoyulmamalı, şəxsi və ya digər əmlaka zərər vurulmamalıdır. Bununla yanaşı, nəqliyyat vasitəsindən yolun hərəkət hissəsinə düşən yük maneə yaratdıqda və onu dərhal aradan götürmək mümkün olmadıqda, sürücü qəza dayanma nişanı və ya yanıb-sönən qırmızı işıqlı portativ fənər qoymalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 06 Mart 2026 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















