Bakıda daşınmaz əmlakın QİYMƏTLƏRİ REKORD həddə qalxdı
Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakının mərkəzi rayonlarında daşınmaz əmlak qiymətləri rekord həddə yüksəlib. Ən bahalı mənzillər Nəsimi və Səbail rayonlarında qeydə alınıb.
Mövzu ilə bağlı iqtisadçı ekspert Vüqar Oruc BAKU.WS-ə açıqlamasında bildirib ki, 1 kvadrat metrin qiyməti Nəsimidə 5845 manat, Səbaildə isə 5425 manat təşkil edir. Üçüncü yerdə isə Nərimanov rayonu (4532 manat) qərarlaşıb:
"Orta qiymətlərə nəzər saldıqda Səbail rayonu 3689 manatla liderlik edir. Bu göstərici Nərimanovda 3455 manat, Nəsimidə isə 3325 manatdır. Paytaxt üzrə orta qiymət 2532 manat təşkil edir".
Ekspert qeyd edib ki, bu göstəricilər əvvəlki dövrlərlə müqayisədə ciddi artımı ifadə edir:
"Hazırda rəsmi mənbələr bu il üçün 13–14 faiz artım proqnozlaşdırır. Bizim hesablamalarımız isə 15–16 faiz arasında dəyişir. Hətta ilin sonuna qədər qiymətlərin 20 faizə qədər bahalaşacağı gözlənilir".
Ekspertin sözlərinə görə, son 3–6 ay ərzində daşınmaz əmlak bazarında ciddi dəyişikliklər baş verib və ən çox artım torpaq sahələrinin qiymətlərində müşahidə olunub.
Şahanə Xankişiyeva
Baxış sayı:82
Bu xəbər 23 Sentyabr 2025 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















