Icma.az
close
up
RU
Bakıda dəhşətli hadisə Vəkil KONKRET

Bakıda dəhşətli hadisə Vəkil KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

“Vəkillik praktikasında bəzən insana travma yaşadan hekayələr dinləyirsən”.

KONKRET.az xəbər verir ki, bunu tanınmış vəkil Fərhad Mehdiyev sosial şəbəkə hesabında paylaşıb.

Vəkil 49 yaşlı xanımın başına gələnləri yazıb:

“49 yaşında xanım. Uşaq baxıcısı kimi işləyir. Nikahdan əvvəl atasının ona aldığı evdə özü, işsiz həyat yoldaşı, 29 yaşında oğlu və gəlini, və 2 nəvəsi yaşayır.

Qazancının yarısını ailənin dolanışığına, yarısını yığırmış. İşləməyə də məcburdur, çünkü əri (!?) və oğlu (!?) tələb edirmiş. Onlardan gizli pul yığırmış, əri o pulu tapanda, ata və oğul birləşib qadını döyüb. Bərk döyməyiblər, amma döyüblər.

Anasına, atasına əl qadıra bilən övladın beyin kimyası mənə çatmır. Düşünürəm ki, cəmiyyətdə ən təhlükəli insanlar onlardır. Çünkü onlarda mərhəmət deyilən bir şey yoxdur; mərhəmətsiz insan da “ən”ləri özündə toplamış bir yırtıcıdır.

Ata-bala 3-cü dərəcə əlil olan qadının pensiya kartını da alıb, pensiyanı mənimsəyirlər. Qadın da döyülmə qorxusu ilə səsini çıxarmır. Oğul da, anasına hətta belə təhdidlər edir: “elə etmə ki, səni nəvələrin üzünə həsrət qoyum”.

“Mən bunlardan necə canımı qurtara bilərəm” deyə mənə soruşur. Məsləhətim o oldu ki, ərindən boşan, sizdən bir miras ala bilməsin, oğlunu da gəlin, ləyaqətsiz vərəsə elan etdirək. Ana ürəyidir, oğlum mirasdan pay alsın deyir. Belə oğula Allahdan bəla istəmək lazımdır, başqa şeyə layiq deyil.

Yaxşı ki qadının bir də qızı var, Türkiyədə ailə qurub. Boşanma müddəti üçün qadın gedir onun yanına, mən digər işləri həll edənə kimi. Bakıdakı evi də, elə həmin qıza vəsiyyət edəcək.

Oğlu həmin mənzilə 2012-ci ildə qeydiyyata düşüb, əri də Gürcüstan vətəndaşıdır. Başqa bir sözlə evlə bağlı hər hansı əşya hüququ da irəli sürə bilməyəcəklər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 Yanvar 2026 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see326

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see317

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see307

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see293

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see291

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see259

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see249

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see247

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see229

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see227

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see226

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see224

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see213

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see210

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see209

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see194

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see184

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see167

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see167

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri