Icma.az
close
up
RU
Bakıda dəhşətli yanğın: Restorana od vurub, qapıları kilidlədi... VİDEO

Bakıda dəhşətli yanğın: Restorana od vurub, qapıları kilidlədi... VİDEO

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən “Şeyx Lounge” restoranı yandırılıb.

Bakupost.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən gün saat 23:00 radələrində baş verib.

Yanğının baş verməsinə ilkin səbəb olaraq 2 nəfərin öz aralarında yaranmış mübahisə göstərilir. Belə ki, mübahisə davaya çevrildikdən sonra tərəflərdən biri benzini adıçəkilən obyektə tökərək, yanğın tərədib, ardınca isə müştərilərin hadisə yerini tərk edə bilməməsi üçün qapını arxadan bağlayıb. İnsidenti törədənin Cavid adlı şəxs olduğu bildirilir.

Müştərilərin həyatını isə iaşə obyektinin mətbəx bölməsinin arxa qapısı xilas edib. Hadisə nəticəsində 1 nəfərin ayaq nahiyəsindən yanıq xəsarəti aldığı və xəstəxanaya yerləşdirildiyi məlumdur. Hazırda başqa xəsarət alanlarla bağlı məlumat yoxdur.

Nazir Qədirli və Cahangir Qədirovun idarətetməsində olan iaşə obyektinə ümumilikdə 120 min manat məbləğində ziyan dəyib. Əlavə olaraq, müştərilərə 20 mindən çox maddi ziyan dəydiyi qeyd olunur.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, Bakı şəhərinin Qaradağ rayonunda bir dam altında tikilən, ümumi sahəsi 600 m² olan birmərtəbəli müxtəlif təyinatlı obyektlərdən (kafe, avtomoblil ehtiyat hissələrinin satışı mağazası və avtomobil təmiri sexləri) sahəsi 250 m² olan kafenin yanar konstruksiyaları yanıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov hadisə ilə bağlı sorğumuza cavab olaraq bildirib ki, qeyd olunan iaşə obyektinin qəsdən yandırılması ilə bağlı polisə məlumat daxil olub. Yanğını törətməkdə şübhəli bilinən iki nəfər müəyyən olunaraq saxlanılıb. Fakt üzrə araşdırmalar davam etdirilir.

Asena,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 09 Fevral 2026 20:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see343

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see330

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see315

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see308

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see285

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see272

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see267

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see250

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see238

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see231

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see230

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see226

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see218

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see214

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see213

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see211

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see204

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see202

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri