Icma.az
close
up
RU
Bakıda dələduzluq epidemiyası Polis 1 gündə 10 dələduzu yaxaladı

Bakıda dələduzluq epidemiyası Polis 1 gündə 10 dələduzu yaxaladı

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Ötən gün dələduz görə axtarışda olan 10 nəfər saxlanılıb.

Ölkə.az xəbər verir ki, bu barədə DİN mətbuat xidməti xəbər yayıb.

Xidmətdən verilən məlumatda deyilir:

"Hər adama güvənib pul vermə, aldanma"

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə iyunun 17-də dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılıb və istintaqa təhvil verilib. Tanımadığınız şəxslərə pul verməzdən əvvəl düşünün, “asan qazanc”, “ucuz avtomobil”, “işə düzəltmə” kimi vədlərə aldanmayın. Hər bir maliyyə qərarını diqqətlə yoxlayın və rəsmi qaynaqlarla dəqiqləşdirin.
Dələduzlar güvəninizdən sui-istifadə edir, ayıq olun.

Xatırladaq ki, Azərbaycan cəmiyyətində son illər ən təhlükəli cinayət növlərindən olan dələduzluq halları ciddi surətdə artıb. Rəsmi məlumatlara görə, təkcə 2024-2025-ci illərdə 7 mindən artıq dələduzluq faktı qeydə alınıb. Hüquq-mühafizə orqanlarının son əməliyyatı zamanı 1 gündə 10 dələduz tutulub. Bəs bu cinayətlər niyə kütləviləşib? Niyə vətəndaşlar "ucuz ev", "asan iş", "çox qazanc" kimi saxta vədlərə hələ də inanır? Və ən əsası bu fəlakətin qarşısını kim almalıdır?

Ölkədə dələduzluq cinayətlərinin artmasının əsas səbəbləri sırasında hüquqi savadsızlıq, psixoloji təsirə meyllilik və qeyri-rəsmi yollarla iş, mənzil və torpaq əldə etmək istəyi durur.

Bu ilin 6 ayı ərzində Mingəçevirdə vətəndaşlardan 165 min manat torpaq satışı adı ilə alınmış, rəsmi sənədsiz mənimsənilmişdi.

Bakıda “işə düzəltmə” adı ilə 163 min manatlıq dələduzluq faktı araşdırılır. Sabirabadda 32 nəfərdən 700 min manat yığan dələduz dəstəsi ifşa olunub. DSFM-in sabiq əməkdaşı 6,5 milyon manatlıq saxta pensiya işində ittiham olunur.

"Bakı" Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, bu məsələyə belə münasibət bildiələduzluq cinayətlərinin artmasının başlıca səbəblərindən biri məhkəmə orqanlarının yetərincə sərt olmamasıdır.

Təqsirləndirilən şəxslərin bir qismi barəsində həbs qətimkan tədbiri seçilmir, çox zaman ev dustaqlığı və ya başqa yüngül qətimkan tədbirləri tətbiq olunur. Bu da həmin şəxslərə cinayət əməlini davam etdirmək imkanı yaradır. Nəticədə vətəndaşlar daha çox aldadılır, cəmiyyətin hüquqa inamı zərbə alır".

Natiq Ələsgərovun sözlərinə görə, xüsusilə "işə düzəltmə", "ev alma", "kupça düzəltmə" kimi sahələrdə dələduzlar vətəndaşların inamından sui-istifadə edir və çox zaman bu cinayətlərdə ictimai rezonans yaransa da, real cəza mexanizmi zəif qalır:

"Azərbaycanda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulan cəzalar, yəni 10 ilədək azadlıqdan məhrumetmə effektiv tətbiq edilmir. Şərti cəzalar, yüngülləşdirici hallar, prosesual uzanmalar və bəzi hallarda zərərçəkmişlərin “barışma” məktubları dələduzların cəzadan yayınmasına səbəb olur.

İkinci mühüm amil əhalinin hüquqi savadsızlığı və “tez yol tapmaq” psixologiyasıdır. Vətəndaşların bir qismi hələ də hesab edir ki, qeyri-rəsmi yollarla, “tanış vasitəsilə” mənzil almaq, iş tapmaq və sair mümkündür. Bu sadəlövhlük isə dələduzların əsas silahına çevrilir. Dələduzluq faktı varsa, məhkəmələr real həbs qətimkan tədbiri seçməlidir. Çünki dələduzluq ictimai təhlükəli cinayətdir.

Əhali üçün hüquqi maarifləndirmə proqramları genişləndirilməlidir. Özəlliklə sosial şəbəkələrdə saxta “işə düzəltmə” və “asan pul qazanma” elanlarının qarşısı alınmalıdır.

Bank və ödəniş sistemlərində təhlükəsizlik artırılmalıdır – SMS təsdiqi, ikili autentifikasiya sistemi tətbiq olunmalıdır".

Natiq Ələsgərov deyib ki, Azərbaycan cəmiyyətində dələduzluğun yayılması artıq hüquqi yox, sosial problemə çevrilib: "Cəmiyyətin özündə hüquqi savadsızlıq və “tez varlanmaq” xülyası, məhkəmə-hüquq sistemində isə zəif cəza siyasəti bu bəlaya şərait yaradır. Dələduzlar cəzasızlıqdan güc alır, yeni qurbanlar axtarır.

Hər bir vətəndaş bilməlidir ki, "ucuz torpaq", "iş tapmaq", "kupça" – rəsmi sənəd və dövlət təsdiqi olmadan təhlükədir. Çünki belə vədlərin arxasında çox zaman yalnız dələduzun açıq ov axtarışı dayanır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 İyun 2025 22:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri