Bakıda Dini Liderlərin Qlobal Sammiti keçirilir AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda Dini Liderlərin Qlobal Sammiti keçirilir.
"Report" xəbər verir ki, tədbir Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası ərəfəsində reallaşır.
Dini Liderlərin Qlobal Sammiti Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunur. “Dünya Dinləri Yaşıl Planet Uğrunda” şüarı altında keçirilən tədbirin tərəfdaşları qismində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Beynəlxalq Müsəlman Ağsaqqalları Şurası və BMT-nin Ətraf Mühit Proqramı çıxış edir.
Dünya və ənənəvi dinlərin liderlərinin, müxtəlif konfessiyaları təmsil edən və dünya miqyasında tanınan din və ictimaiyyət nümayəndələrinin qatıldığı qlobal sammitdə 55 ölkəni, 30 beynəlxalq təşkilatı, aparıcı KİV-ləri təmsil edən 220-dən çox qonaq iştirak edir.
İki gün davam edəcək tədbirin yekunu olaraq, qonaqların azad olunmuş olaraq ərazilərə səfəri planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 05 Noyabr 2024 09:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















