Bakıda divar uçdu, avtomobillər əzildi VİDEO
Icma.az, Bizim media saytına istinadən bildirir.
Bir neçə gün əvvəl paytaxt ərazisinə yağan aramsız yağışlar Nərimanov rayonu, Malik Məmmədov küçəsində yaşayan sakinlərə ciddi ziyan vurub.
Bizim.Media xəbər verir ki, bəzi evlərə və avtomobillərə ciddi ziyan dəyib. Bir neçə avtomobil demək olar ki, tamamilə yararsız vəziyyətə düşüb.
Sakinlər bildirirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etmələrinə baxmayaraq, heç bir cavab almayıblar. "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin binasının hasarı uçaraq mənim evimə də ziyan vurub. Yağışlı havalarda divarda çatlar əmələ gəlir və həmin çatlardan sular evin içinə daxil olur", - sakinlərdən biri Baku TV-yə söyləyib.
Başqa bir sakin isə bildirib: "Təxminən 10 saniyə gec gəlsəydim, divar mənim üstünə düşəcəkdi, necə ki, bu maşınların üstünə düşüb".
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 24 May 2026 20:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















