Bakıda dünya çempionatı üçün xüsusi videoçarx Cüdo ulduzları bir araya gəldi
Apasport saytına istinadən Icma.az xəbər verir.
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb.
Apasport.az xəbər verir ki, “Baku Media Center” tərəfindən ərsəyə gətirilən videoçarxda Azərbaycan cüdosunun müxtəlif nəsillərini təmsil edən tanınmış idmançılar yer alıblar.
Çəkilişlərdə Azərbaycanın cüdo üzrə ilk dünya çempionu Elxan Məmmədov, olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov, həmçinin Avropa çempionatının gümüş mükafatçısı və “Böyük Dəbilqə” turnirlərinin altıqat qalibi Balabəy Ağayev iştirak ediblər.
Videoçarxda cüdonun xarakteri, Azərbaycan cüdosunda formalaşmış ənənələr və bu irsin nəsildən-nəslə ötürülməsi vizual hekayə ilə təqdim olunub.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-dən 11-dək Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək.
Cüdoçularımızdan Polşada 7 medal Coşqun Əliyev "Masters Top 18"in qalibi olub Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub Lozannada 14 cüdoçumuz mübarizə aparacaq Yığmamızdan 4 medal
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 08 Sentyabr 2026 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















