Bakıda dünya kuboku başa çatdı: Gimnastlarımız finalda mübarizə apardılar FOTO
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Bakıda 5-8 mart tarixlərində keçirilən idman gimnastikası üzrə FIG Dünya Kuboku uğurla yekunlaşıb. Milli Gimnastika Arenasında təşkil olunan möhtəşəm idman bayramı 30-dan çox ölkədən olan ən güclü gimnastları bir araya gətirib.
İdman.Biz xəbər verir ki, dörd gün davam edən yarışda ölkəmizi kişilər arasında Nikita Simonov, Aydın Əlizadə və Rəsul Əhmədzadə, qadınlar arasında isə Dəniz Əliyeva və Nazənin Teymurova təmsil ediblər.
Turnirin ilk iki günü təsnifat mərhələsinə həsr olunub. Bu mərhələnin nəticələrinə əsasən, Nikita Simonov, Dəniz Əliyeva və Aydın Əlizadə həlledici final mərhələsinə vəsiqə qazanmağı bacarıblar.
Son iki gündə baş tutan final çıxışlarında gimnastlarımız sona qədər mübarizə aparsalar da, bu dəfə fəxri kürsüyə yüksəlmək mümkün olmayıb. Nikita Simonov yarışı dördüncü, Dəniz Əliyeva altıncı, Aydın Əlizadə isə səkkizinci pillədə başa vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 08 Mart 2026 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















