Bakıda Dünya Üzgüçülük Kubokunun açılışı
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib. Su İdmanı Sarayında təşkil olunan məclisdə gənclər və idman naziri Fərid Qayıbov Prezident İlham Əliyevin ölkəmizdə idmanı dövlət siyasəti kimi müəyyənləşdirdiyini bildirib.
Bu siyasətin nəticəsidir ki, ölkəmizdə hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur.
Nazir beynəlxalq quruma və təşkilatçılara minnətdarlığını bildirib.
Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev Dünya Kubokunun Azərbaycan idmanı üçün tarixi hadisə olduğunu söyləyib. O qeyd edib ki, 44 ölkədən 200-dən çox idmançının Bakıda bir araya gəlməyi ölkəmizə göstərilən dəstəyin təzahürüdür. Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Hüseyn Əl-Müsəlləm yarışın yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycana təşəkkür edib. Onun sözlərinə görə, Dünya Kuboku hər zaman dünya miqyasında ən güclü idmançıların öz ustalıqlarını göstərmələri üçün möhtəşəm platforma olub.
Federasiya rəhbəri Bakı şəhərinin və Azərbaycanın ətraf mühitin mühafizəsi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə xüsusi mükafata layiq görüldüyünü elan edib: “Ətraf mühitin qorunması istiqamətində göstərdiyi uzunmüddətli səylərə görə Bakı şəhərinin və Azərbaycanın Dünya Akvatika Fondunun Ekoloji Mükafatına (World Aquatics Foundation Environmental Award) layiq görüldüyünü elan etməkdən böyük şərəf duyuram”.
Daha sonra Hüseyn Əl-Müsəlləm mükafatı Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılova və Dünya Akvatika Fondunun prezidenti Deyl Nöubergerə təqdim edib.
Rəsmi çıxışlardan sonra Dövlət Himni səsləndirilib. Bununla da Dünya Kuboku açıq elan olunub. Mərasim bədii hissə ilə davam edib. Mərasimdə musiqili şoular nümayiş olunub.
Yarışda 44 ölkədən ümumilikdə 216 üzgüçü mübarizə aparır.
Azərbaycanı 15 idmançı təmsil edir. Bunlar Ramil Vəlizadə, Abdurrəhman Rüstəmov, Səid Həmidov, Süleyman İsmayılzadə, Oqtay Hüseynov, Fərhad Şirməmmədli, Ramal Sadiqli, Amin Oruclu, Fatimə Alkərəmova, Məryəm Cavadova, Anastasiya Boborıkina, Anastasiya Qnusina, Mehri Abdurəhmanlı, Vlastilina Xasyanova və Yeqor Maynitskidir.
Qeyd edək ki, Dünya Kubokunun Bakı mərhələsinə oktyabrın 3-də yekun vurulacaq.
***
İlk gündə Azərbaycan təmsilçilərindən Abdurrəhman Rüstəmov, Amin Oruclu, Anastasiya Qnusina, Fatimə Alkərəmova, Fərhad Şirməmmədli, Mehri Abdurəhmanlı, Məryəm Cavadova, Ramal Sadıqlı, Ramil Vəlizadə, Oqtay Hüseynov, Səid Həmidov, Vlastilina Xasyanova, Yeqor Maynitski ümumilikdə 9 növdə bacarıqlarını nümayiş etdiriblər.
Fatimə Alkərəmova 100 metr məsafəyə qarışıq növdə (1.05,39) Azərbaycan rekorduna imza atıb.
Abdurrəhman Rüstəmov 100 metr məsafəyə kəpənək üsulu ilə yarışda (53.02) finala vəsiqə qazanıb. Final sessiyasında, həmçinin 200 metr məsafəyə brass üsulu ilə yarışda Anastasiya Boborıkina, 200 metr məsafəyə kəpənək üsulu ilə yarışda Anastasiya Qnusina, Mehri Abdurəhmanlı və Vlastilina Xasyanova, 400 metr məsafəyə sərbəst üsulla yarışda Oqtay Hüseynov iştirak ediblər.
400 metr məsafəyə sərbəst üsul ilə yarışda Anastasiya Qnusina, 50 metr məsafəyə arxasıüstə üzmə yarışında Vlastilina Xasyanova, 400 metr məsafəyə sərbəst üsul ilə yarışda Fərhad Şirməmmədli və Amin Oruclu şəxsi rekordlarını yeniləyiblər. Yeqor Maynitski isə həm 100 metr məsafəyə qarışıq, həm də brass üsulu ilə yarışda öz nəticəsini yaxşılaşdırıb.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 02 Oktyabr 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















