Bakıda əhali çoxalıb, reanimasiyalarda yer çatışmır TƏBİB sədri
Icma.az, Medicina saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Reanimasion xəstələrin yerləşdirilməsi ilə bağlı ciddi problemlərimiz var”
"Medicina" xəbər verir ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov təcili yardımla gətirilən xəstələrin xəstəxanalara yerləşdirilməsi ilə bağlı problemə toxunub.
“Əsasən reanimasion xəstələrin yerləşdirilməsi ilə bağlı ciddi problemlərimiz var. Bakıda reanimasion xəstələrin qəbul yükü TƏBİB-in üzərindədir. Hər bir xəstəxanada isə bəlli reanimasion çarpayı limiti var. Çarpayı sayını artırmaq üçün isə şöbələrin şəraiti dəyişilməlidir, oksigen təminatı olmalıdır. Bu, təcili yardım resursumuzun düzgün istifadə olunmamasına gətirib çıxarır. Misal üçün deyim ki, Yeni Klinikada reanimasiya çarpayı sayı 14-dür. Bu, COVID dövründə də belə olub. Bakıda əhali sayı artıb, reanimasion çarpayı sayının azlığı bizə də bəllidir. Biz bu problemi həll etməyə çalışırıq”.
medicina.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 19 Dekabr 2025 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















