Bakıda əks yola çıxan “Prius” sürücü və sərnişinlərə qorxu yaşatdı VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Paytaxtın Yasamal rayonunda qayda pozan sürücü qəza şəraitinə səbəb olub.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Hadisə martın 14-də saat 15:05 radələrində Kənar Dairəvi yolda qeydə alınıb. Belə ki, 77-DK-864 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü önündəki maşını ötmək üçün bütöv xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb. Bu zaman o, qarşı tərəfdən gələn avtomobilə təhlükə yaradıb. Maşında özüylə yanaşı ailə üzvlərinin də olduğunu qeyd edən izləyici özünü itirmədən qəfil əyləci sıxdığını və baş verəcək qəzadan son anda xilas olduğunu bildirib.
Nərmin

Əks yola çıxan “Prius” avtobusu görüb çıxılmaz vəziyyətə düşdü VİDEO
18 Oktyabr 2025 16:32
Bakıda əks yola çıxan qadın sürücü elə hadisə yerində CƏZALANDIRILDI VİDEO
13 Mart 2025 15:21
Hövsanda əks yola çıxan sürücü qarşıdan gələn maşına qorxulu anlar yaşatdı VİDEO
04 Sentyabr 2025 19:01
Türkanda idarəetmədən çıxan “Prius” kolluğa girdi VİDEO
05 İyun 2025 14:08
Bakıda Prius sürücü həbs edildi
05 Noyabr 2024 20:02

