Icma.az
close
up
RU
Bakıda əmlak bazarı ÇÖKDÜ KONKRET

Bakıda əmlak bazarı ÇÖKDÜ KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Paytaxtda son günlər baş verən su basmaları əmlak bazarı ilə bağlı yeni narahatlıqlar yaradıb. Onsuz da son dövrlər kəskin şəkildə artan və əlçatmaz həddə çatan mənzil qiymətləri indi başqa bir sual doğurur: bu hadisələr qiymətləri aşağı salacaqmı? Xüsusilə, tez-tez su altında qalan ərazilərdə insanlar artıq daha ehtiyatlı davranmağa başlayıb.

KONKRET.az xəbər verir ki, Mövzu ilə bağlı Musavat.com-a şərh verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, paytaxtda əmlak qiymətləri ciddi şəkildə enəcək:

“Onsuz da uzun müddət idi alıcı qıtlığı var idi. Hazırda ümumiyyətlə alıcı yoxdur. Bu da qiyməti salacaq. Su basmaları artıq alıcı davranışına təsir etməyə başlayıb. İnsanlar belə riskli ərazilərdən daha çox çəkinir və bu da həmin yerlərdə mənzillərə tələbatın azalmasına gətirib çıxarır. Nəticədə qiymətlərdə enmə müşahidə oluna bilər. Su basmaların müxtəlif səbəbləri var. Bu, təkcə kanalizasiya sistemlərinin yetərsizliyi, suötürücü xətlərin düzgün qurulmaması ilə bağlı deyil. Həyətyanı ərazilərdə, xüsusilə sənədsiz tikililərin çıxarışı yoxdur. Həmin fərdi evlər rəsmi olaraq yaşayış məntəqəsi kimi tanınmadığından, əkin-biçin üçün nəzərdə tutulduğundan orada kommunikasiya da lazımi səviyyədə qurulmayıb.

Digər mühüm amillərdən biri də şəhərdə aparılan söküntülərdir. Bu proses də alıcılar arasında müəyyən narahatlıq yaradır. İnsanlar ehtiyat edirlər ki, aldıqları ev gələcəkdə sökülə bilər və veriləcək kompensasiya gözləntilərini qarşılamaz. Bundan əlavə, regionda baş verən gərginliklər və müharibə riskləri də psixoloji təsir göstərir. Dünyanın müxtəlif yerlərində baş verən hadisələr, hətta inkişaf etmiş və cəlbedici investisiya mərkəzləri olan ölkələrdə belə qeyri-sabitlik ehtimalı iri maliyyə imkanlarına malik insanlarda da tərəddüd yaradır, psixoloji travma yaradıb ki, eyni hadisə burada da baş verə bilər”.

Qiymətlərin hansı ərazilərdə daha çox enə biləcəyinə gəldikdə, ekspert deyib ki, əsasən Abşeron və Xəzər rayonlarında müşahidə olunacaq:

“Ağ şəhərdə isə yollarda problem olmuşdu, evlərə xəsarət dəyməyib. Belə hallarda qiymətlərə təsir nisbətən zəif olur. Ümumilikdə isə orada tikililərdə satışların az olması da qiymət dəyişikliklərinin kəskin hiss olunmamasına səbəb olur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Aprel 2026 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri