Icma.az
close
up
RU
Bakıda ənənəvi III Kəlağayı Festivalı keçiriləcək

Bakıda ənənəvi III Kəlağayı Festivalı keçiriləcək

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

22 may 2026-cı il tarixində saat 18:00-da Bakı şəhəri, Xətai rayonunda yerləşən Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində III Kəlağayı Festivalı keçiriləcək.

XQ xəbər verir ki, festival Bakı Şəhəri Mədəniyyət Baş İdarəsi, Xətai Rayon İcra Hakimiyyəti, Qərbi Azərbaycan İcmasının Bakı şəhəri Xətai rayonu üzrə nümayəndəliyi,  Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Kəlağayı ev muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşəbbüsü ilə artıq ənənə halını alan festival Azərbaycan xalq tətbiqi sənətinin incilərindən olan milli kəlağayı sənətinin təbliği, yaşadılması və gələcək nəsillərə ötürülməsi məqsədi daşıyır. Bu ilki festival ölkəmizdə elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunaraq milli irsimizin şəhər mədəniyyəti, memarlıq estetikası və şəhərsalma mühiti ilə vəhdəti mövzusuna xüsusi diqqət ayıracaq.

Festival çərçivəsində Kəlağayı Muzeyinin qədim kəlağayıları, milli baş geyimləri,  zəngin eksponatlarıı  və Güllü Eldar Tomarlının dekorativ tətbiqi sənətinə aid əl işləri, rəssam Gülnarə Məmmədovanın rəsm əsərləri nümayiş etdiriləcək, həmçinin milli musiqi və folklor nümunələrindən ibarət konsert proqramı təqdim olunacaqdır.

Tədbirdə eyni zamanda İsmayıllı və Basqal ustalarının istehsal etdiyi müxtəlif çeşidli kəlağayıların sərgisi və satışı təşkil ediləcək. Festival iştirakçıları milli sənət nümunələri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Festivalın əsas məqsədlərindən biri milli-mənəvi dəyərlərimizin qorunması ilə yanaşı, Azərbaycan mədəniyyətinin estetik zənginliyini və milli sənət nümunələrinin müasir dövrdə yaşadılmasının əhəmiyyətini ictimaiyyətə çatdırmaqdır.

Tədbirdə mədəniyyət nümayəndələri, ictimai xadimlər, sənət adamları, gənclər və media təmsilçilərinin iştirakı nəzərdə tutulur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 May 2026 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see386

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see329

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see325

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see296

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see295

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see279

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see279

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see273

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see269

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see260

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see255

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see255

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see247

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see242

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see240

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see235

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see235

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see230

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see216

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri