Icma.az
close
up
RU
Bakıda ərini öldürməyə cəhd edən qadın həbsdə qaldı Qərar

Bakıda ərini öldürməyə cəhd edən qadın həbsdə qaldı Qərar

Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakının Nizami rayonunda ərini qətlə yetirməyə cəhd etməkdə ittiham olunan Aynur Nağıyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.comm xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə zərərçəkmiş Sakit Nağıyev arvadından şikayətçi olmadığını deyib.

Təqsirləndirilən şəxsin vəkili vısatətlə çıxış edib. Vəkil qeyd edib ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışıb. O, təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirin dəyişdirilməsi barədə vəsatət verib. O, təqsirləndirilən şəxsin iki azyaşlı uşağın olması ilə əlaqələndirib.

Vəkil həmçinin cinayət işinin ibtidai istintaqa qaytarılmasını barədə vəsatət verib. Vəkil deyib ki, ibtidai istintaq obyektiv araşdırılmayıb. Vəkil deyib ki, ilkin olaraq Aynur Nağıyeva müdafiəçi ilə təmin olunmayıb, yalnız bir gün sonra müdafiəçi işə dəvət olunub. Vəkil cinayət işinin ibtidai istintaqa qaytarılması ilə yanaşı, həm də müstəntiqin barəsində xüsusi qərardad çıxarılmasını xahiş edib.

Dövlət ittihamçısı vəsatətlərin təmin olunmasını istəyib. Zərərçəkmiş deyib ki, latın qrafikasında bilməyib, müstəntiq tərəfindən olan sənədlərə imza edib. O, vəkilin vəsatətləti ilə razı olduğunu deyib.

Daha sonra hakimlər hazırlıq iclasının qərarını qəbul etmək üçün müşavirəyə yollanıblar. Müşavirədən qayıdan hakimlər hazırlıq iclasının qərarını açıqlayıblar.

Qərara görə, həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət təmin olunmayıb.
Bundan başqa, ibtidai istintaq zamanı prosessual qaydalara riayət olunmaması ilə bağlı məsələ sübutların araşdırılması mərhələsinə aiddir, buna görə də həmin vəsatətədə basılmamış saxlanılıb.
Məhkəmə baxışı yanvarın 7-ə təyin olunub.

Qeyd edək ki, Bakının Nizami rayonu ərazisində əri 1979-cu il təvəllüdlü Sakit Nağıyevi öldürməyə cəhd etməkdə şübhəli bilinən Aynur Nağıyeva saxlanılıb.

Araşdırma zamanı 1998-ci təvəllüdlü Aynur Nağıyevanın birgə yaşadıqları evdə əri Sakit Nağıyevə kəsici-deşici əlatlə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlum olub ki, Aynur Nağıyeva ərini yatmış vəziyyətdə öldürməyə cəhd edib.

Aynur Nağıyevanın barəsində Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 24 Dekabr 2024 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri