Icma.az
close
up
RU
Bakıda erməni səfir?

Bakıda erməni səfir?

Icma.az bildirir, Bakupost portalına istinadən.


ABŞ prezidenti Trampın Aleksandr Aldeni ABŞ-ın Azərbaycandakı yeni səfiri vəzifəsinə namizəd göstərməsi ətrafında müzakirələr başlayıb. “Ermənistanın səsi” nəşri isə onun erməni kökənli olduğunu iddia edib. Aldenin valideynlərinin Amerikaya qaçan sovet siyasi mühacirləri olduğu deyilir.

Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, Bakıdakı səfir postu 2024-cü ilin dekabrında Mark Libbinin ağır xəstəliyi səbəbindən ölkəmizdən getməsindən sonra boşdur. Nəşr bu xüsusda yazıb: “Ağ Ev iki əsas səbəbdən yeni səfir tapmaqda çətinlik çəkirdi. Birincisi, İran böhranı planları pozmuşdu. Azərbaycanın da daxil olduğu regiondakı mürəkkəb vəziyyət ABŞ administrasiyasının Bakıya qarşı strategiyasını effektiv şəkildə həyata keçirmək üçün optimal namizədi tez bir zamanda seçməsinə mane oldu. İkincisi, Trampın ikinci müddəti ərzində təxminən 2000 yüksək ixtisaslı işçi ABŞ diplomatik xidmətindən istefa verdi və ya yeni rəhbərlik tərəfindən işdən çıxarıldı. Bu səbəbə 100-dən çox ölkədə ABŞ səfirlik vəzifələri boş qalır. Onların arasında Azərbaycan və Ermənistan da var”.

Erməni KİV-i Aldenin Senatda təsdiqlənəcəyinə şübhə etmir: “Bu diplomat maraqlı fiqurdur. Nisbətən gənc yaşına baxmayaraq, diplomatik, hərbi analitik və texnoloji sahələrdə geniş təcrübəyə malikdir. Aleksandr Alden Pentaqonda Müdafiə Katibinin nüvə üzrə xüsusi köməkçisi vəzifəsində çalışıb. O, həmçinin Milli Təhlükəsizlik Şurasında (MTŞ) çalışıb və direktor kimi müdafiə siyasəti və strategiyasına, eləcə də qabaqcıl texnologiyalara nəzarət edib. Dövlət Departamentində Alden Avropa və Asiya ölkələri ilə münasibətlərə diqqət yetirib və xüsusilə Çinə qarşı mübarizə strategiyasının hazırlanmasında iştirak edib. O, həmçinin dövlət katibinin köməkçisi vəzifəsində çalışıb. Alden həmçinin bir neçə müstəqil Amerika mənbəyinə görə, İsraillə sıx əlaqələri olan böyük İT şirkəti olan “Palantir Technologies” ilə əməkdaşlıq edib”. Qəzetin qənaətincə, etnik mənsubiyyət heç nə demək deyil: “Alden ilk növbədə və yalnız təmsil etdiyi ölkənin maraqlarını rəhbər tutan amerikalı mütəxəssis, diplomat və məmurdur”.

Bütün hallarda, ABŞ-nin göndərəcəyi səfirin erməni kökənli olması Bakı üçün işğal dönəmindəki qədər önəm kəsb edirmi?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a şərhində Azərbaycanla ABŞ arasında münasibətlərin inkişaf etdiyini açıqlayıb. Onun sözlərinə görə, müstəqillik illərində heç zaman olmadığı qədər əlaqələr yüksəlişdədir. Ç.Qənizadə hesab etmir ki, namizədliyi irəli sürülən səfirin şəcərəsi və ya etnik mənsubiyyəti Bakı-Vaşinqton əlaqələrinə mənfi təsir göstərə bilər. Onun fikrincə, söhbət bir diplomatdan gedir: "Onun missiyası vətəndaşı olduğu dövlətə xidmət etməkdir. Hətta etnik kimliyi erməni olsa belə, o demək deyil ki, mənsub olduğu xalqın maraqlarını ifadə edəcək. Səfirin vəzifəsi ölkəsini və maraqlarını təmsil etməkdir. Hərçənd Senat onun namizədliyinə cavab verməyib. Əlbəttə ki, burada aqreman da vacibdir. Yəni Azərbaycan dövləti həmin namizədlə bağlı rəy verməlidir".

Bundan əlavə, Ç.Qənizadəyə görə, səfir təyinatında həmişə erməni tərəfi əngəl olmağa çalışıb. Sabiq səfir Metyu Brayzanı yada salan komitə sədrinin fikrincə, ABŞ-dakı erməni lobbisi belə məsələlərdə təsir göstərməyə çalışır:

"Brayzanın təyinatının təsdiq olunması uzun vaxt almışdı. Erməni lobbisi onun Azərbaycana səfir gəlməsinə mane olurdu. İndi isə yeni vəziyyət yaranıb. Əgər səfir postuna namizəd etnik mənsubiyyətinə görə ermənidirsə, bu, Azərbaycan üçün az əhəmiyyət kəsb edəcək. Çünki ümdə gələn məsələ ABŞ ilə münasibətlərin inkişafıdır. İki ölkə arasında strateji tərəfdaşlıq var, xartiya imzalanıb, Cənubi Qafqazda sülhün dayanıqlı olmasına ABŞ hökuməti dəstək verir və belə şəraitdə səfirin etnik kimliyi nəyisə dəyişmir. Çünki Tramp Azərbaycan rəhbərliyinə böyük hörmət bəsləyir və qarşıda vacib layihələr var".


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 08 İyun 2026 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri