Icma.az
close
up
RU
Bakıda Ermənistanın, İrəvanda Azərbaycanın səfirliyi açılacaq Zərdüşt Əlizadə

Bakıda Ermənistanın, İrəvanda Azərbaycanın səfirliyi açılacaq Zərdüşt Əlizadə

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Vaşinqtonda keçirilən görüşün nəticələrini müsbət qiymətləndirirəm. Çünki əsas nəticə ondan ibarətdir ki, Azərbaycanın müharibə yolu ilə torpaqlarını azad etməsi və nəticədə ermənilərin kütləvi şəkildə Qarabağı tərk etməsi, dünyanın bir nömrəli dövləti olan Amerika tərəfindən tanınır".

Bu fikirləri Redaktor.az-a politoloq Zərdüşt Əlizadə Vaşinqtonda keçirilən üçtərəli görüşdən danışarkən bildirdi.

"Bu, Azərbaycanın qələbəsinin leqallaşması deməkdir. Azərbaycan Zəngəzur yolunun açılmasına nail olub. Dəhlizə kimin nəzarət edəcəyinin əhəmiyyəti yoxdur. Bizim əsas məqsəd odur ki, Azərbaycanla Naxçıvan arasında quru yolla əlaqə yaransın. Paşinyan Zəngəzur dəhlizinin Amerikanın idarəçiliyinə verilməsinə razı oldu. Bununla da Ermənistanla İran arasında olan müttəfiqliyə son qoyuldu. Nəhayətdə, 907 nömrəli düzəlişin ləğvi barədə qərar qəbul edildi. İndi bunun icrasını gözləmək lazımdır.  Azərbaycanla Amerika arasında strateji əməkdaşlıq barədə müqavilənin hazırlığı barədə qərar qəbul edildi. Bu da müsbət bir haldır".

Politoloqun fikrincə, Amerikanın Azərbaycanla arasındakı bu yaxınlıq Rusiyanın gözlənilən təzyiqlərini xeyli dərəcədə zərərsizləşdirir:

"Bütün bunlar Azərbaycanın əldə etdiyi müsbət nəticələrdir. Ermənistanın əldə etdiyi nəticələrə gələndə, ilk əvvəl Nikol Paşinyan 2026-cı ilin yayında nəzərdə tutulan parlament seçkilərində öz partiyası üçün böyük siyasi uğur qazandı. Nəyə görə? Erməni cəmiyyəti daima xaricdə özünə havadar və hami axtarır. Nikol Paşinyan Amerikanı, yəni dünyanın bir nömrəli qüdrətli dövlətini Ermənistanın hamisi kimi erməni cəmiyyətinə, erməni seçicisinə təqdim edir və deyir ki, bunu mən elədim. Bundan sonra yəqin ki, sürətlə Azərbaycanla Ermənistan arasında münasibətlər yaxşılaşacaq. Prezident İlham Əliyev dedi ki, yəqin yaxınlarda sülh müqaviləsi imzalayacaq. Çünki artıq Minsk Qrupunun ləğvi barədə Amerikanın dəstəyi ilə qərar qəbul olunub. Bundan sonra ATƏT tərəfindən belə bir ciddi maneə olmayacaq. Sülh müqaviləsi imzalanandan sonra təbii ki, Ermənistanla Türkiyə arasında münasibətlər də sürətlə tənzimlənəcək. Səfirliklər açılacaq. Türkiyə Ermənistanla bərabər hüquqlu qarşılıqlı paytaxt əsasında münasibətlər quracaq. Bu da Azərbaycana sərf eləyir. Təbii ki, Azərbaycanla da diplomatik əlaqələr tənzimlənəcək, yüksələcək".

Z.Əlizadənin sözlərinə görə, Bakıda Ermənistanın, İrəvanda Azərbaycanın səfirliyi açılacaq.

"Sərhədlər açılacaq. Gedib-gəliş başlayacaq. Tədricən o keçmişdəki ədavət yavaş-yavaş aradan qalxmağa başlayır. Başqa bir uzaq nəticə də var. O nəticəni də unutmaq lazım deyil. Amerika əlbəttə ki, demokratik dövlətdir, böyük dövlətdir, amma o həm də imperialist dövlətdir. Bütün dünyada yalnız Amerikanın mənafeyini axtarır.  Qafqaza da gələndə, o nə erməni və nə də Azərbaycan xalqının xeyrini güdmür. Əvvəl Amerikanın, amerikan transnasional şirkətlərinin mənafeyini güdürlər. Amerika deyəndə, yalnız demokratik Amerikanı yox, həm də imperialist Amerikanı xatırlamaq lazımdır. Burada Cənubi Qafqaza Amerikanın geosiyasi və siyasi nüfuz dairəsinə daxil olmasını, onun Amerikanın arxa həyəti, həyətinə çevrilməsini göstərir. Bunun da özünün ciddi fəsadları ola bilər. İlk növbədə, Azərbaycanın şimal və cənub qonşuları ilə münasibətlərində hansısa bir fəsadlara gətirə bilər. Bunu da unutmaq lazım deyil. Buna görə də xarici siyasətdə ehtiyatlı olmaq lazımdır".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Avqust 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see219

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see194

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see186

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see185

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see140

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see140

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see134

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri