Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Bakıda estetik prosedurdan sonra qadının burnu çürüdü

Bakıda estetik prosedurdan sonra qadının burnu çürüdü

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Burun əməliyyatı keçirən Aişə Nəsibli "AFA studio" gözəllik salonunda işləyən kosmetoloq Afət Şamilovadan şikayətçidir.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, kosmetoloq tərəfindən ziyana uğradığını iddia edən Aişə Nəsibli Nəsimi rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib.

Aişə Mahmudalı qızı Nəsiblinin üz nahiyəsinə "Afa studio"da düzgün botoks vurulmaması nəticəsində sağlamlığına ciddi ziyan dəyməsinə dair müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma ilə bağlı izahat verən Aişə Nəsibli bildirib ki, 2024-cü ilin aprel ayında adını dəqiq xatırlamadığı klinikada burun nahiyəsində estetik əməliyyat etdirib:

“Əməliyyatdan sonra heç bir problem olmadı. 2024-cü il iyun ayının sonunda Nəsimi rayonunda yerləşən “Afa” gözəllik salonuna getdim, Afaq adlı kosmetoloqa üz nahiyəmin botoks etdirmək istədiyimi bildirdim. Afaq mənim alın, qaş arası və göz ətrafı nahiyələrimə botoks etmək lazım olduğunu söylədi, bunun müqabilində məndən 70 manat pul istədi.

Afaqa təzəlikcə burnumda estetik əməliyyat aparıldığını dedim. O isə vurulan botoksun burun əməliyyatına heç bir aidiyyəti olmadığını bildirdi. Həmin gün Afaq üz nahiyəmə botoks vurdu, burnumun ətrafına isə heç bir müdaxilə olunmadı”.

Şikayətçi qeyd edib ki, təxminən 1 ay sonra korreksiyaya gedəndə burnunun ətrafında şişkinlik hiss edib və bunu Afaqa deyib:

“Afaq həmin nahiyədə şişkinliyin qalması etimalının olmadığını bildirdi. Avqust ayının ortalarında burnumun ətrafında olan şişkinlikdən dəri cırılması baş verdi, qan axmağa başladı. Zəng edib Afaqdan kömək istədim. O, botoks elədikdən sonra başqa yerdə dolğu etdirdiyimi, dəri cırılmasının ona heç bir aidiyyətinin olmadığını, şər-böhtan atdığımı dedi. Halbuki mən kosmetoloqun yanında üz nahiyəmə botoks etdirdikdən sonra heç bir kosmetoloji prosedura getməmişdim”.

Aişə Nəsibli izahatında hazırda şikayətinin "Afa" gözəllik salonunda işləyən Afaq adlı kosmetoloqdan olduğunu, oradan sonra heç bir kosmetoloji mərkəzə və klinikaya müraciət etmədiyini, ona 10.000 manata yaxın maddi-mənəvi ziyan dəydiyini göstərib.

Barəsində şikayət olunan Afət Şamilova bildirib ki, 2020-ci ildən onun "Afa studio" gözəllik salonu fəaliyyət göstərməyə başlayıb:

“2024-cü ilin may ayında Aişə Nəsibli işlədiyim salona gələrək alın nahiyəsini botoks elətdirmək istədiyini bildirdi. Alın nahiyəsinə baxdıqdan sonra botoks edə biləcəyimi dedim və qarşılığında 60-70 manat pul istədim. Aişə razılaşaraq pulu ödədi, onun alın nahiyəsini botoks etdim. Botoksdan sonra Aişə mənə burun əməliyyatı olduğunu və burnuna dolğu vurmaq istədiyini bildirdi. Əməliyyat olunmuş burun nahiyəsinə dolğu vura bilməyəcəyimi bildirdim. Bundan sonra Aişə getdi”.

Afət Şamilovanın sözlərinə görə, təxminən 25 gün sonra Aişə Nəsibli korreksiyaya gəlib:

“Alın nahiyəsində qaşın biri yuxarı dartılmışdı. Həmin yerə botoks vuraraq qaşı normal vəziyyətə gətirdim. Telefonla əlaqə saxlayanda Aişə hər şeyin yaxşı olduğunu bildirdi. Sentyabrın əvvəlində zəng edərək burun nahiyəsində sızanaq çıxdığını, bunun botoksdan sonra əmələ gəldiyini dedi. Yanıma dəvət etdim, amma gəlmədi. Burun nahiyəsində sızanağın botoksdan əmələ gəlmək etimalının olmadığını izah etdim. Aişə Nəsiblidən tələb etdim ki, burun nahiyəsində olan sızanağın botoksdan əmələ gəldiyini sübut edən sənəd təqdim etsin. Aişə heç bir sənəd göstərmədi. Təxminən 1 ay sonra mesaj yazaraq burun nahiyəsində çürümə getdiyini və bunun botoksdan əmələ gəldiyini dedi”.

Afət Şamilova izahatında Aişənin alın nahiyəsinə vurulan botoks nəticəsində çürümə və digər fəsadların mümkün olmadığını bildirib. O, izahatında 2019-cu il tarixdən 2024-cü ilin oktyabr ayının sonuna kimi "Afa studio" gözəllik salonunda lisenziyasız fəaliyyət göstərdiyini qeyd edib.

Araşdırma nəticəsində Aişə Nəsiblinin "Afa studio"da Afaq Şamilova adlı kosmetoloq tərəfindən düzgün müayinə edilməməsində cinayət tərkibi olmadığı müəyyən edilib.

Toplanmış material üzrə CPM-in 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilib.

Aişə Nəsibliyə dəymiş maddi və mənəvi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilib.

Rəsmi sənədlərə görə, Afət Şamilovanın kosmetoloji fəaliyyətlə məşğul olması üçün lisenziyasının olmadığı müəyyənləşib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 210-cu maddəsi ilə inzibati icraat başlanması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqrirlə müraciət edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://axar.az
archiveBu xəbər 12 Aprel 2025 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see465

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see450

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see430

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see301

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see300

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see291

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see275

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see257

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see251

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see242

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see234

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see227

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see215

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see208

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see206

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see203

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see201

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see195

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see177

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri