Icma.az
close
up
RU
Bakıda ev almağı təxirə salanlar peşman ola bilər KONKRET

Bakıda ev almağı təxirə salanlar peşman ola bilər KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda mənzil qiymətlərinin durmadan artması və paytaxtın əksər ərazilərində daşınmaz əmlakın əlçatanlığının azalması mənzil almaq istəyənlərin seçim imkanlarını məhdudlaşdırır. Bir vaxtlar münasib qiymətləri ilə seçilən yaşayış massivlərində belə mənzillərin dəyəri sürətlə yüksəlir.

Bəs yaxın gələcəkdə Bakının hansı ərazilərindən mənzil almaq daha sərfəli olacaq?

Mövzu ilə bağlı KONKRET.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, paytaxtın demək olar bütün istiqamətlərində qiymətlər yüksək səviyyədədir və ciddi bahalaşma müşahidə edilir.

Onun sözlərinə görə, bu il ölkədə iqtisadi artımın əvvəlki dövrlərlə müqayisədə daha məhdud səviyyədə qeydə alınması mənzil bazarında qiymətlərin nisbətən sabit qalmasına səbəb olub.

“Günü-gündən paytaxtda mənzilə əlçatanlıq azalır. Bütün ərazilərdə fantastik qiymət dəyişikliklərinin şahidiyik. Hesab edirəm ki, bəlkə də mənzil bazarı üçün bu il olduğu qədər əlverişli vəziyyətlə sonrakı dövrlərdə qarşılaşmayacağıq. Qiymətlər hazırda demək olar ki, sabitdir”.

Ekspert qeyd edib ki, əvvəllər daha münasib hesab olunan ərazilərdə də qiymətlər xeyli yüksəlib:

“Əhmədli, Həzi Aslanov, Yeni Yasamal kimi nisbətən kənar ərazilərdə belə mənzillərin bir kvadratmetrinin qiyməti artıq 2 min manatı ötüb. Bu ərazilərdə də 2 min manatdan aşağı qiymətə mənzil tapmaq çətindirsə, hansısa ərazinin digərlərindən daha əlverişli olduğunu söyləmək mümkün deyil.

Qara Qarayev və Neftçilər kimi ərazilərdə də bir kvadratmetr mənzilin qiyməti 2500 manatdan yuxarıdır.

Bu da göstərir ki, bazardakı vəziyyət o qədər də ürəkaçan deyil və paytaxt üzrə qiymətlər yüksək səviyyədə qalmaqdadır”.

Ekspertin fikrincə, yaxın dövrdə qiymətlərin əhəmiyyətli dərəcədə ucuzlaşacağı gözlənilmir. Buna görə də mənzil almağı planlaşdıran şəxslər qərarlarını uzun müddət təxirə salmamalıdırlar.

Müşviq Tofiqoğlu
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Oktyabr 2026 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri