Icma.az
close
up
RU
Bakıda ev satmaq adı ilə vətəndaşları aldadanlara AĞIR CƏZA verildi

Bakıda ev satmaq adı ilə vətəndaşları aldadanlara AĞIR CƏZA verildi

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda ev satmaq adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən Xanlar Cəfərov, Oqtay Adışov və Xəzər Əliyevin barəsindəki cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək Xəzər Əliyevin və Xanlar Cəfərovun 3 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında maddi və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilmələrini istəyib.
Prokuror Xəzər Əliyevə 7 il 6 ay, Xanlar Cəfərovun əvvəlki cəzası da toplanılmaqla 11 il, Oqtay Adışovun isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Təqsirləndirilən şəxslərin vəkilləri onlara bəraət hökmünün çıxarılmasını xahiş edib.
Məhkəmənin yekun iclasında hökm oxunub. Hökmə əsasən, Xəzər Əliyev 2 il dövlət və yerli özünü idarə orqanlarında maddi və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il 3 ay müddətinə, Xanlar Cəfərov isə 3 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında maddi və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.
Oqtay Adışova isə 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Zərərçəkənlər tərəfindən verilmiş mülki iddia qismən təmin edilib.
Qeyd edək ki, ittihama görə, hər üç şəxs əlbir olaraq ev satmaq adı ilə 3 nəfər zərərçəkənin ümumilikdə 139 min manata yaxın pul vəsaitini dələduzluq yolu ilə ələ keçiriblər. Məhkəmə istintaqı zamanı dəymiş ziyandan 32 min manatı zərərçəkənlərə ödənilib.
Xanlar Cəfərov, Xəzər Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə, Oqtay Adışova qarşı isə Cinayət Məcəlləsinin 178.2.1-ci (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə yekun ittiham olunub.
Əlavə edək ki, Xanlar Cəfərov "Avro Qrand" MMC-nin 2014-cü ildən 2019-cu ilədək direktoru vəzifəsində işləyib.
O, bundan əvvəl dəfələrlə məhkum olunub. X.Cəfərov sonuncu dəfə ötən il Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. (Oxu.az)
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Noyabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri