Bakıda evdən 17 min manatlıq oğurluq edilib
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Bakıda evdən 17 min manatlıq oğurluq edən şəxsləri polis saxlayıb.
APA DİN-ə istinadən xəbər verir ki, Xətai rayonu ərazisində yerləşən evlərin birindən ümumilikdə 17000 manatdan artıq pul vəsaiti və qızıl-zinət əşyaları naməlum şəraitdə oğurlanıb. Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – 35 yaşlı R.Şirinov və 33 yaşlı R.Abdullayev müəyyən olunaraq saxlanılıb.
Sumqayıt şəhərində isə bir nəfər polisə müraciət edərək icarədarı olduğu mağazadan mobil telefonunun oğurlanmasını bildirib. Əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı A.Əliyev saxlanılıb. Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs şəhər ərazisində digər bir nəfərə məxsus mobil telefonu da dələduzluq yolu ilə ələ keçirib.
Araşdırmalar davam etdirilir.
Baxış sayı:82
Bu xəbər 18 Aprel 2025 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















