Bakıda evdən külli miqdarda oğurluq
Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakının Nizami rayonu ərazisində yerləşən evlərin birində oğurluq hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyindən Missiya.Az-a verilən xəbərə görə, ev sahibi polisə müraciət edərək yaşadığı mənzildən 150 dollar, 4000 manat dəyərində mobil telefon, oyun konsulu və qızıl-zinət əşyalarının naməlum şəxs tərəfindən oğurlandığını bildirib.
Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətlərə görə məhkum olunmuş 21 yaşlı Anar Cəfərov müəyyən olunaraq saxlanılıb.
Onun törətdiyi cinayət təhülkəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:67
Bu xəbər 04 Mart 2025 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















