Bakıda evlər bahalaşdı Ən çox bu rayonda FOTO
Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakının rayonlarında ötən il üzrə fərdi yaşayış evlərinin qiymətlərində baş verən dəyişiklik araşdırılıb.
Hurriyyet.az Yurd.Media-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İctimai Birliyinindən bildirilib.
Qeyd olunub ki, 2025-ci ildə paytaxtın bütün rayonlarında fərdi yaşayış evləri bahalaşıb.
Ən sürətli qiymət artımı Səbail (24,3%), Sabunçu (23%) və Xəzər (22,2%) rayonlarında qeydə alınıb. Ən zəif artım isə Pirallahı (4,7%) və Qaradağ (5,5%) rayonlarında olub.
Hazırda ən bahalı fərdi yaşayış evləri Bakının mərkəzi sayılan Səbail rayonundadır - hər kvadrat metri 3 min manata çatıb. Nərimanov rayonunda belə evləri kvadrat metri 2200 manatdan, Nəsimi rayonunda 1600 manatdan, Yasamal rayonunda isə 1500 manatdan almaq olar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 13 Yanvar 2026 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















