Bakıda evlərdən oğurluq edən alpinist HƏBS OLUNDU
Lent az saytına istinadən Icma.az xəbər verir.
Bakıda evlərdən silsilə oğurluq olub.
Lent.az-ın xəbərinə görə, hadisə Binəqədi rayonu, Çiçək qəsəbəsində baş verib.
39 yaşlı Tahir Səfərov (şərti adla) qəsəbədəki üç evin pəncərəsindən daxil olaraq, oğurluqlar edib. O, birinci girdiyi evdən balona yığılan 2850 manatı, şkafın digər siyirməsindən isə 500 manat pulu götürüb. İkinci evdən 2 ədəd samovar və 1 ədəd uşaq arabasını, üçüncü evdən isə ümumilikdə 1000 manat pul oğurlayıb.
Faktla əsasında T. Səfərov saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, alpinist işləyir, qış aylarında isə işi dayanır. Zərərçəkmişlərə vurduğu ziyanı ödəyib və aralarında barışıq əldə olunub. O, məhkəmədən barəsində yüngül cəza verilməsini istəyib.
Evindən 2850 manat pul oğurlanan zərərçəkənin sözlərinə görə, hadisə olan günü həyat yoldaşı ilə “Asan Xidmət”ə kəbin kəsdirməyə gediblər. Qayıdanda isə evinin qarət olunduğunu görüb. O, təqsirləndirilən şəxsə şikayətçi olmadığını bildirib.
Digər zərərçəkənlər də həmçinin Tahirdən şikayətçi olmayıblar.
Məhkəmənin qərarı ilə T. Səfərov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 07 Oktyabr 2026 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















