Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

Bakıda falçıdan ağlasığmaz əməllər Müharibədən qoruma cadusu üçün 32 min alıb

Bakıda falçıdan ağlasığmaz əməllər Müharibədən qoruma cadusu üçün 32 min alıb

Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda falçı qadın iki həmcinsini ağlasığmaz şəkildə aldadıb.

Publika.az "Qafqazinfo”ya istinadla xəbər verir ki, falçılıqla məşğul olan Nuridə (ad dəyişdirilib-red) dələduzluq ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilib. "Bandotdel” tərəfindən tutulduqdan sonra məhkəmə qərarı ilə həbs edilib. Lakin iki ay sonra ev dustaqlığına çıxa bilib.

Sözügedən falçı müştərilərini başlarına gələcək hər cür bədbəxt hadisələrdən qorumaq adı ilə onlardan ümumilikdə 75 min manat alıb.

Onun əməllərindən zərər çəkənlərdən biri Ukrayna vətəndaşıdır. Anastasiya ali təhsillidir, xeyli müddətdir Bakıda yaşayır. Onu falçı ilə rəfiqəsi tanış edib. Elə zərərçəkmişin digəri də odur.

Anastasiya falçıya üz tutmasının səbəbini mənəvi cəhətdən iztirablara məruz qalması ilə əlaqələndirir. Deyir ki, ailə üzvləri ilə arasının pisləşməsi, həmçinin azyaşlı övladının səhhətindəki səbəbsiz problemlər onun psixologiyasına pis təsir edib. Bütün bu problemlərlə üz-üzə olduğu bir vaxtda rəfiqəsi ona falçıya getməsini təklif edib.

İlk tanışlıq günü falçı Anastasiyanın üzünə baxan kimi onun üzərində qara qüvvələr olduğunu, dərhal təmizlənməsinin vacibliyini deyib. Qadın ilk rituallar üçün falçı Nuridəyə 8 min manat pul verib.

Bununla da baxıcı onu ələ alaraq növbəti planlarını işə salıb. Sonrakı seansda falçı zərərçəkmişi elə sözlərlə aldadıb ki, ukraynalı inanıb.

O, Anastasiyaya guya Ukraynada yaşayan qohumlarını müharibə təhlükəsi gözlədiyini, onları müdafiə etmək üçün də cadular edilməli olduğunu deyib. Qorunma ritualına başlamaq üçün də xaricdən xüsusi bir güllə alınması vacib imiş. Güllənin alınması zərərçəkmişə 4 min manata başa gəlib. Bundan sonra Anastasiya Ukraynadakı yaxınlarını qorumaq məqsədilə üç ay ərzində falçıya gündəlik olaraq azı 50-100 manat məbləğində pul verib. Bu pul müxtəlif vaxtlarda günə 600-700 manat olub. Ümumilikdə falçı "mühafizəsi”ona 32 min manata başa gəlib.

Anastasiyanın sözlərinə görə, elə ovsunlanıb ki, bütün dost-tanışından da ayrılıb: "Məni elə gipnoz etmişdi ki, heç kimlə münasibət qurmurdum. Hamıdan kənarlaşmışdım. Ondan başqa kimləsə əlaqədə olmağa qadağa qoymuşdu. Hətta məni həyat yoldaşımdan da uzaqlaşdırmaq istəyirdi. Deyirdi ki, sənə ölümcül cadunu elə ərin edib. Elə bir vəziyyət yaranmışdı ki, ondan tam asılı hala düşmüşdüm. Təsəvvür edin, elə etibarım yaranmışdı ki, bank kartımın kodunu onun təvəllüdünü qoymuşdum. Bundan əlavə, bütün xərclərini mən qarşılayırdım”.

İş o yerə çatıb ki, falçı zərərçəkmişə yaxşı xidmət göstərməsi üçün ondan yeni ev almasını istəyib. Zərərçəkmiş buna da inanıb. Ev almaq üçün "Porsche” markalı avtomobilini saytlarda satışa qoyub. Məhz bundan sonra Anastasiyanın ailəsi olanlardan xəbər tutub.

Onun falçıya müharibənin dəhşətlərindən qorunma və digər cadu-pitilər üçün 53 min manatdan artıq pul verdiyi ortaya çıxıb. Ailəsinin dəstəyi nəticəsində ukraynalı xanım aldanıldığını dərk edərək polisə şikayət edib.

Təqsirləndirilən şəxsin həm Anastasiya, həm də digər zərərçəkmişlə görüş üçün seçdiyi yer də maraqlıdır. Belə ki, Nuridə onlardan pulu dəfələrlə Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısındakı parkda alıb. Sanki bu işin sonunun onu elə həmin məhkəməyə gətirəcəyini də bilirmiş...

Təqsirləndirilən falçının digər qurbanı Həcərdir (şərti). Həcər də rəfiqəsi Anastasiya kimi ali təhsillidir. Nuridəni üç ildir tanıyan qadın mütəmadi olaraq onun yanına gəlib-gedib.

Həcərin sözlərinə görə, baxıcı onun falına baxaraq ölümü üçün cadu edildiyini, "kəfəndəndönmə” ritualı icra etməli olduğunu deyib. Bu məqsədlə qara toyuğun yumurtalarının lazım olduğunu bildirib. Həmçinin başqa ailə üzvlərinin də "təmizlənməli” olduğunu deyərək təkrar-təkrar ondan pul alıb: "Məni inandırmışdı ki, hər ritual zamanı yeni düyünlər çıxır, bunun da təmizlənməsi əlavə xərc tələb edir. Anamın və qardaşlarımın sağlamlığı üçün ceyran dərisinin üstünə ərəb hərfləri yazılmış qoruyucu düzəldib vermişdi. Hər qoruyucu üçün məndən 600 manat alırdı”.

Zərərçəkmiş falçıya xidmətləri üçün ümumilikdə 21 min 500 manat pul verib.

İstintaq vaxtı müstəntiq zərərçəkmişləri ayrı-ayrılıqda təqsirləndirilən şəxslə üzləşdirib. Onlar hər şeyi falçının üzünə deyərək onu ifşa ediblər. Təqsirləndirilən falçı isə ittihamların heç birini qəbul etmir. O, zərərçəkmişlərdən xidmət haqqı kimi cəmi 300-400 manat pul aldığını deyir.

İş üzrə ilkin istintaq bu yaxınlarda tamamlanıb. Yaxında məhkəmə araşdırması başlayacaq. Təqsiri sübuta yetirilərsə, xanım müttəhim 10 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://publika.az
archiveBu xəbər 20 Noyabr 2024 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see297

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see233

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see229

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see211

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see209

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see192

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see192

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see191

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see173

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see162

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see156

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see141

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see137

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri